Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 17:04

Əmək haqları ilə bağlı təkliflər hazırlanır


S.Babayev

«Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi digər aidiyyəti qurumlarla birlikdə həm əmək haqları, həm də pensiya sahəsində yeni təkliflər hazırlayır».

«Report» xəbər verir ki, bunu bu gün, mayın 31-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. O bildirib ki, sosial paketin növbəti mərhələsi hazırlanmaqdadır: «Həm əmək haqları, həm də pensiyalar ilə bağlı yeni təkliflərimiz olacaq. Azərbaycanın iqtisadiyyatı gücləndikcə, gəlirlər artdıqca, ölkə başçısının əsas niyyəti bu gəlirin ilk növbədə əhalinin sosial müdafiəsinə yönəldilməsidir. Buna görə də prezidentin tapşırığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi digər aidiyyəti qurumlarımızla birlikdə həm əmək haqları, həm də pensiya sahəsində yeni təkliflər hazırlayıb. Yaxın günlərdə biz bu təklifləri ölkə başçısına təqdim edəcəyik».

Xatırlatma

Bu il Azərbaycanda həm minimum əməkhaqqı, həm pensiyaların minimum məbləği, həm də bir sıra müavinət və təqaüdlər artırılıb. Rəsmilər bunu «sosial paket» adlandırıblar. Amma müxalifət hesab edir ki. Azərbaycanda istər orta aylıq əməkhaqqı, istərsə də pensiyalar bir sıra region ölkələrindəkindən aşağıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG