Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 09:42

İranda ‘Qüds günü’ qeyd olunur


Bağdadda Qüds Günü qeyd olunur

Mayın 31-də İranda Qüds (Yerusəlim) günü qeyd olunur.

İran Qüds gününü 1979-cu il İslam İnqilabından sonra Fələstin xalqına dəstəyi ifadə etmək üçün yaradıb. Həmin gün adətən, dövlətin himayəsilə Birləşmiş Ştatlar və İsrailə qarşı nümayişlər keçirilir.

Bu gün İranın 950-dək şəhər və yaşayış məntəqəsində, İraqda, Livanda və başqa yerlərdə yürüşlər təşkil olunub.

İranda dövlət televiziyası ilə canlı yayımlanan yürüşlərdə milyonlarla adamın iştirak etdiyi bildirilir.

Bu il ABŞ Prezidenti Donald Trump Yaxın Şərq sülh planını açıqlamalıdır. Ağ ev iyunun 25-26-da Bəhreyndə keçiriləcək regional toplantını bu plan yönündə ilk addım adlandırır.

Hələlik açıqlanmamış planda Fələstin torpaqlarında sərmayəyə və infrastrukturun inkişafına diqqət ayrılacağı gözlənir. Əsas maliyyənin ərəb ölkələrindən gələcəyi bildirilir.

Fələstin rəsmiləri Bəhreyn konfransına getməyəcəklərini deyiblər. Çünki gündəliyə Fələstin dövlətinin qurulması, mübahisəli Yerusəlimin statusu və digər məsələlər salınmayıb.

İranın Xarici işlər naziri Mohammad Javad Zarif planı biabırçı adlandırıb.

İran İsraili tanımır, Hamas və Hezbollah kimi anti-İsrail qrupları dəstəkləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG