Keçid linkləri

Təcili xəbərlər
2019, 23 Avqust, Cümə, Bakı vaxtı 04:01

Seçicilərin sayında 120 min azalma var


Seçki. 2013

Mərkəzi Seçki Komissiyası (MSK) 2019-cu il üzrə daimi seçicilər siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsinə yekun vurub.

Bu barədə qurumun saytı məlumat verib.

Həmin məlumatda qeyd edilir ki, hazırda Azərbaycanda 5 milyon 212 min 902 seçici var. Seçicilərin 50.83 faizini (2 mln. 649 min 641) qadınlar, 49.17 faizini (2 mln. 563 min 261) isə kişilər təşkil edir.

MSK seçicilərin siyahısının dəqiqləşdirilməsi prosesinə yanvar ayından start vermişdi.

Ötən il Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı MSK-nın protokolunda isə seçicilərin sayı 5 milyon 332 min 817 göstərilirdi. Belədə seçicilərin bir il ərzində 119 min 915 nəfər azaldığı bəlli olur.

Xatırlatma

Azərbaycanda son seçki 2018-ci il aprelin 11-də (növbədənkənar prezident seçkisi) olub. O vaxt ölkədə 5 milyon 332 mindən çox seçicinin qeydiyyatda olduğu açıqlanmışdı. Amma seçici siyahılarına həmin vaxt müxalifət şübhələrini ifadə etmişdi. Hətta ATƏT-in müşahidə missiyasının hesabatında belə bu məsələyə toxunulmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG