Keçid linkləri

Təcili xəbərlər
2019, 26 Avqust, Bazar ertəsi, Bakı vaxtı 09:22

Monqolustanda hökumətin istefasını tələb edirlər


Monqolustanda etiraz, arxiv fotosu

Monqolustan paytaxtı Ulan Batorda minlərlə antihökumət etirazçısı mayın 30-da yürüşə çıxıb, korrupsiya iddiaları və iqtisadiyyatın pis idarəolunması ilə əlaqədar ölkə rəhbərliyinin istefasını tələb edib.

Quruyla əhatələnmiş, ancaq ehtiyatlarla zəngin bu ölkə kommunizmin çöküşündən sonra iqtisadi dirçəliş yaşayıb, milyardlarla dollar xarici sərmayə cəlb edib.

Ancaq 2016-cı ildə ölkədə iqtisadi böhran yaranıb. Səbəb xammalın ucuzlaşması, hökumətin aşırı xərcləmələri idi.

Hökumətə qarşı plakatlar qaldıran etirazçılar “İstefa! İstefa!” qışqırıblar.

Hökumət infrastruktura, sosial xidmətlərə, evlə təminata xərcləri artırmağı vəd eləsə də, bu vəd yerinə yetirilməyib.

Hökuməti Monqolustan Xalq Partiyası idarə edir, prezident Battulga Khaltmaa isə müxalifətdə olan Demokratik Partiyanın üzvüdür.

Rusiya və Çin arasında yerləşən Monqolustan 1924-cü ildə dünyanın ikinci kommunist ölkəsinə çevrildi. Ölkə 1990-cı ildə parlament quruluşlu demokratiyaya keçid alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG