Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:00

Dunayda 21 nəfərin axtarışı davam edir


Media nümayəndələri Dunay sahilində axtarışdan xəbər gözləyirlər
Media nümayəndələri Dunay sahilində axtarışdan xəbər gözləyirlər

Budapeştdə Dunay çayında kiçik turist kateri ilə toqquşaraq onun batmasına səbəb olan çay kruiz laynerinin kapitanı Macarıstan polisi tərəfindən saxlanıb.

Adı yalnız Yuriy C. kimi verilən 64 yaşlı kapitanın ukraynalı olduğu xəbər verilir.

Associated Press agentliyinin xəbərinə görə kapitan su nəqliyyatında kütləvi tələfatla nəticələnmiş təhlükə yaratmaqda şübhəli bilinir.

Dalğıclar və xilasedicilər hələ də katerdə itkin düşmüş 21 nəfəri axtarırlar. Gəzinti katerində 35 nəfər vardı. Onlardan ikisi heyət üzvü 33-ü isə Cənubi koreyalı turistlər idi. Heyət üzvləri də itkinlərin arasındadırlar.

İndiyədək çaydan 7 koreyalının cəsədi çxıarılıb.

Günün ikinci yarısında Macarıstan silahlı qüvvələrinin gəmisi hadisənin baş verdiyi Marqarita körpüsünə yan alıb. Xilasetmə işləri üçün körpünün yaxınlığında ponton salınıb.

Media xəbərlərində deyilir ki, batan kater 3-4 metr dərinlikdə ola bilər. Lakin güclü axın, habelə yağışlara görə Dunayda su səviyyəsinin yüksəlməsi axtarış işlərinə mane olur.

Dalğıclar suda batanları yalnız əlləri ilə yoxlayaraq axtarırlar, beləki bulanıq çayda görüntü demək olar sıfra bərabərdir.

Son günlər Dunay çayının səviyyəsi daha 20 santimetr qalxaraq 5 metr 20 santimetrə çatıb. Ekspertlər su səviyyəsinin həftəsonunda 6 metrə çatacağını proqnozlaşdırıblar.

Dalğıclar deyirlər ki, batmış katerin sudan çıxarılması bir həftəyədək çəkə bilər. Kater 1949-cu ildə Ukrayna SSR-də istehsal olunub.

Onun toqquşma anı ilə batması arasında yalnız 7 saniyə vaxt olub.

Dunay çayında turist qayığı aşıb, azı 7 nəfər ölüb

Budapeştdə leysan yağış zamanı Dunay çayında turist qayığı aşıb, azı 7 nəfər həlak olub, 20 nəfər itkin düşüb. Fövqəladə xidmət rəsmiləri qayıqda 34-dək adamın olduğunu deyirlər.

Mayın 29-da axşam baş vermiş qəzada 7 nəfər xilas edilərək xəstəxanaya yerləşdirilib, durumları sabitdir.

Yerli polisin sözçüsü qayıqda Cənubi Koreyadan 33 turistin olduğunu desə də, qayığın operatoru 32 sərnişinin, 2 nəfər macarıstanlı heyət üzvünün olduğunu bildirib.

Cənubi Koreyanın Budapeştdəki səfirliyi xilas edilənlərin və ölənlərin kimliyini müəyyənləşdirməyə rəsmilərə kömək edir.

Xilasedicilər sürətlə axan Dunay çayında axtarışları davam etdirir, Macarıstanın paytaxtında isə leysan yağış ara vermir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG