Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:32

ABŞ-ın milli təhlükəsizlik müşaviri İrana xəbərdarlıq edir


John Bolton
John Bolton

ABŞ-ın milli təhlükəsizlik müşaviri John Bolton mayın 29-da İrana xəbərdarlıq edib ki, Fars körfəzində ABŞ və onun müttəfiqlərinin maraqlarına hər hansı bir hücum olarsa, Vaşinqton buna “çox güclü cavab” verəcək.

Boltonun bu bəyanatı son aylarda Vaşinqton və Tehran arasında davam edən gərginliyi daha da artırıb.

Boltonun İrana qarşı sərt və davakar ritorikası prezident Trump-ın bu barədə dedikləri ilə ziddiyyət təşkil edir.

Trump mayın 27-də demişdi ki, “Birləşmiş Ştatlar İranla müharibə istəmir” və “Tehranla danışıqlar aparıla bilərdi”.

Lakin Abu Dabidə çıxış edən Bolton deyib ki, bu ayın əvvəllərində Birləşmiş Ərəb Əmirlikləri sahillərində neft tankerlərinə hücuma görə “az qala əminliklə” İranın məsuliyyət daşıdığını düşünmək olar.

Bolton Twitter-də yazıb ki, o BƏƏ-nin vəliəhd şahzadəsi Şeyx Mohammed bin Zayed Al Nahyan və onun milli təhlükəsizlik müşaviri ilə “bizim strateji partnyorluğumuzu və regional problemləri” müzakirə edib.

Mayın 30-da və 31-də Məkkədə keçiriləcək regional sammitlərdə Səudiyyə Ərəbistanı İranın daha da təklənməsi üçün səylərini davam etdirəcək.

İranın regional rəqiblərinin müttəfiqi olan ABŞ mayın 12-də ikisi Səudiyyə Ərəbistanına aid olan dörd neft tankerinə hücuma görə Tehranı ittiham edib.

Bu hücum hazırda amerikalılar da daxil 5 ölkənin ekspertlərindən ibarət qrup tərəfindən araşdırılır.

Bolton bunu da deyib ki, lap bu yaxınlarda Səudiyyə Ərəbistanının Yanbu dəniz portuna hücum edilib. Səudiyyənin şərq-qərb neft kəməri bu porta çıxır. Bolton bu hücuma görə də İrandan şübhələndiyini deyib.

Səudiyyə Ərəbistanı özünün şərq-qərb neft kəmərinə və başqa neft qurğularına hücumlara görə Tehranı ittiham edir. Bu hücumlara görə məsuliyyəti öz üzərinə Yəmənin İran tərəfindən dəstəklənən şiyə huti qiyamçıları götürüblər.

Bolton bununla əlaqədar deyib: "Bunu aydın şəkildə İrana və onun əlaltılarına bildirməyin məqamıdır ki, bu cür hücumlar Birləşmiş Ştatlar tərəfindən çox güclü cavabla üzləşəcək”.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musavi Boltonun bəyanatlarını “axmaq ittihamlar” adlandırıb.

Bundan əvvəl İran prezidenti Hassan Rohani deyib ki, Birləşmiş Ştatlarala “danışıqlara gedən yol” açıqdır, lakin bunun üçün ABŞ-ın dünya gücləri ilə imzalanmış 2015-ci il nüvə sazişinə qayıtması şərtdir.

Mayın 29-da ABŞ müdafiə nazirinin əvəzi Patrick Shanahan deyib ki, Yaxın Şərqə göndərilməsi barədə ötən həftə qərar qəbul olunmuş minlərlə əsgəri qüvvə Səudiyyə və Qətərdə yerləşdiriləcək.

Bu arada Ağ Ev bildirir ki, Bolton özünün israilli və rusiyalı həmkarları ilə iyun ayında Yerusəlimdə görüşəcək.

***

Bu ayın əvvəlində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sahilində neft tankerlərinə hücumların arxasında İranın durması “demək olar dəqiqdir”. Bunu Birləşmiş Ştatların Milli təhlükəsizlik müşaviri John Bolton deyir.

Bolton mayın 29-da BƏƏ paytaxtı Əbu Dabidə jurnalistlərə deyib ki, gəmilərə “çox güman İrandan atılan donanma minaları” ilə hücum olunub.

Vaşinqton bu ayın əvvəlində Körfəzdə neft tankerlərinə hücuma görə Tehranı ittiham etmişdi. ABŞ İranın regiondakı rəqibləri olan Səudiyyə Ərəbistanı və BƏƏ ilə yaxın müttəfiqdir.

Hazırda mayın 12-də dörd gəmiyə dəyən ziyanı amerikalılar daxil olmaqla, beş ölkənin ekspertləri araşdırır. Dörd gəmidən ikisi Səudiyyəyə məxsus neft tankerləri idi.

Səudiyyə Ərəbistanı Tehranı ərazisindəki kəmərə və digər neft obyektlərinə dron hücumları sifariş verməkdə suçlayıb. Həmin hücumlara görə, İranın Yəməndə dəstəklədiyi şiəməzhəb husi yaraqlılar məsuliyyəti götürüb.

İran rəsmiləri isə ittihamları rədd edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG