Keçid linkləri

Təcili xəbərlər
2019, 22 Sentyabr, bazar, Bakı vaxtı 09:52

Səudiyyə Ərəbistanı Qətəri regional sammitə dəvət edib


Şeyx Tamim bin Hamad al-Thani

Qətərin Xarici İşlər Nazirliyi bildirir ki, ölkənin əmirinə Səudiyyə Ərəbistanının kralından dəvət gəlib. O, həftəsonuna yaxın Məkkədə keçiriləcək fövqəladə sammitə dəvət olunub.

Bu, iki ölkə arasında 2017-ci ilin iyunundan bəri ən yüksək səviyyədə, ictimaiyyətə açıqlanan kontakt sayılır. Həmin ildə Səudiyyə, Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Qətəri boykot etməyə başladılar.

Kral Salman Şeyx Tamim bin Hamad Al Thani-ni samitə dəvət edir. Fövqəladə toplantıda BƏƏ sahillərində gəmilərə iddia olunan sabotaj, həmçinin Səudiyyənin neft kəmərinə Yəməndə İranın dəstəklədiyi husi yaraqlılarının dron hücumu müzakirə olunacaq.

Bu hücumlar Birləşmiş Ştatlarla İran arasında gərginliyin artdığı bir dönəmə düşüb.

Qətərin Xarici İşlər Nazirliyi sammitə nümayəndə heyəti göndərəcəyini açıqlamayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG