Keçid linkləri

Təcili xəbərlər
2019, 18 Avqust, bazar, Bakı vaxtı 00:33

Sayt rəhbərinin aclıq etdiyi bildirilir


Ş.Ağabalayeva

Bakupress.az saytının həbsdə olan rəhbəri Şəfəq Ağabalayevanın (Ağacan) saxlandığı Bakı istintaq təcridxanasında aclıq etdiyi bildirilir. Bu barədə onun Facebook hesabında mayın 22-də məlumat yayılıb.

Sayt rəhbərinin adından yayılmış açıqlamada qeyd olunur ki, Bakı Şəhər Baş Polis İdarəsində onunla bağlı istintaq qərəzli aparılır.

«İstintaqdan qaçmadığımı, əksinə, maraqlı olduğumu və sifarişçini öyrənmək istədiyimi bildirdim, səhhətimdəki problemlərə görə həbs-qətimkan tədbirimin ev dustaqlığı ilə əvəzlənməsini tələb etdim. Amma dəyişən heç nə olmadı. Gündən-günə ölümə yuvarlandığımı hiss edirəm. Buna görə də mayın 21-dən aclıq aksiyasına başlayıram. Əgər öləcəyəmsə, haqsızlığa üzülərək yox, haqqımı tələb edərək ölmək istəyirəm», – Facebook hesabında belə yazılıb.

Ş.Ağabalayevanın yaxınları AzadlıqRadiosuna Facebook hesabında yazılanların ona aid olduğunu və aclıq aksiyasına başladığını bildirib: «Baş verənlər onun səhhətinə də kəskin təsir edib. Bir neçə dəfə təcridxanada vəziyyəti pisləşib, ona tibbi yardım göstəriləndən sonra nisbətən babatlaşıb».

«Su və qida qəbul etməyə başlayıb»

Penitensiar Xidmətin ictimaiyyətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov AzadlıqRadiosuna bildirib ki, Ş.Ağabalayeva həbs-qətimkan tədbirinin dəyişdirilməsi tələbi ilə aclıq aksiyası keçirməsi barədə təcridxana rəhbərliyinə müraciət edib: «Şəfəq Ağabalayevaya hüquqları izah olunub, onunla aparılmış profilaktik iş nəticəsində o, fikrindən daşınıb. Aclıq aksiyası keçirməməsi barədə təkrar ərizə ilə müraciət edib. Beləliklə, su və qida qəbul etməyə başlayıb».

Ş.Ağabalayeva mayın 1-də həbs olunub. Polisin onu paytaxtın Nərimanov rayonunda, 5 saylı xəstəxananın qarşısında narkotik satarkən tutduğu açıqlanıb. İddia olunur ki, sayt rəhbəri çəkisi 311 qramdan çox olan qurudulmuş marixuananı 100 ABŞ dolları və 1830 manata satarkən yaxalanıb.

Ş.Ağabalayeva ittihamları qəbul etmir, psixotrop tərkibli dərman satışıyla əlaqədar araşdırmalarına görə şərləndiyini deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG