Keçid linkləri

Təcili xəbərlər
2019, 24 Avqust, şənbə, Bakı vaxtı 15:20

Qəzada ölənlər və çoxsaylı yaralılar var


Foto illüstrasiya

Bu gün, mayın 23-də Yevlax rayonu ərazisində ağır-yol nəqliyyat hadisəsi baş verib. Bu barədə İcbari Tibbi Sığorta Agentliyinin yaydığı məlumatda bildirilir.

Məlumata görə, hadisə səhər saatlarında Yevlax rayonunun Xaldan qəsəbəsində baş verib: «Yol-nəqliyyat hadisəsi nəticəsində 25 nəfər qəzaya düşüb. Onlardan 2-si hadisə yerində keçinib, müxtəlif xəsarətlər almış 21 nəfər Yevlax Rayon Mərkəzi Xəstəxanasına, 2 nəfər isə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Yevlax Rayon Mərkəzi Xəstəxanasında 21 nəfərə tibb müəssisəsinin müvafiq bölmələrində yardım göstərilir».

Verilən məlumata əsasən, onlardan 2-si reanimasiyadadır, 1-nin vəziyyəti ağır, digərininki isə orta-ağır qiymətləndirilir. Xəstəxanadan qeyd edildiyinə görə, qəza nəticəsində xəsarət alanların çoxu tələbədir.

Hazırda qəzanın səbəbi araşdırılır. İlkin açıqlamaya görə, «Mercedes» markalı mikroavtobus Yevlax-Xaldan-Mingəçevir yolunda hərəkətdə olan zaman idarəetmədən çıxaraq aşıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG