Keçid linkləri

Təcili xəbərlər
2019, 26 İyun, çərşənbə, Bakı vaxtı 14:45

Vladimir regionunda iki şübhəli ‘terror planlaşdıran’ öldürülüb


Xüsusi xidmət əməkdaşları əməliyyat zamanı

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) Moskvanın şərqindəki Vladimir regionunda terror aktı planlaşdırmaqda şübhəli bilinən iki nəfərin öldürüldüyünü bildirir.

Milli Antiterror Komitəsinin mayın 22-də bildirməsinə görə, həmin şübhəlilər Moskvadan 180 kilometr şərqdə yerləşən Kolçuqino şəhərində bir evdə gizləniblərmiş.

Komitə şübhəlilərin təslim olmaqdan imtina etdiyini, təhlükəsizlik qüvvələrinə atəş açdığını və sonucda öldürüldüklərini deyir.

AzadlıqRadiosu bu məlumatları müstəqil şəkildə təsdiqləməyin mümkün olmadığını, Rusiya hakimiyyətinin bundan öncə də şübhəli silahlılarla bağlı oxşar informasiya yaydığını qeyd edir.

Atışmadan sonra evdə silah-sursat, əldəqayırma partlayıcı cihaz, ekstremist ədəbiyyatın tapıldığı vurğulanır.

Rəsmi məlumatda o da qeyd edilir ki, həmin şəxslər xarici ölkələrdə əlaqələri olan terrorçu qrupun üzvləri olublar, terror əməliyyatı planlaşdırıblar. Ancaq detallı informasiya verilmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG