Keçid linkləri

Təcili xəbərlər
2019, 26 İyun, çərşənbə, Bakı vaxtı 14:10

Ukrayna ordusu 8 əsgərinin əsir götürüldüyünü deyir


Donetskdə Ukrayna əsgərləri, 2014-cü il

Ukrayna hakimiyyəti rusiyapərəst silahlıların nəzarətində olan Donetsk regionunda səkkiz hərbçisinin əsir götürüldüyünü bildirir.

Əsgərlərin mayın 22-də əsir götürüldüyü vurğulanır.

Rəsmi məlumatda əsgərlərin “Rusiya Federasiyası silahlı qüvvələrinin döyüşçüləri” tərəfindən əsir götürüldüyü qeyd olunur. Ukrayna ordusu adətən Rusiyanın dəstəklədiyi separatçı qüvvələri bu cür adlandırır, münaqişədə nizami Rusiya əsgərlərinin də iştirak etdiyini bildirir. Moskva isə ittihamları rədd edir.

Ukraynanın Müdafiə Nazirliyi bundan öncə son 24 saat ərzində Rusiyanın dəstəklədiyi qüvvələrin atəşkəsi pozması nəticəsində üç əsgərin yaralandığını bildirib.

Separatçılar isə hökumət qüvvələrini mayın 21-dən bəri atəşkəsi iki dəfə pozmaqda ittiham edir.

2014-cü ildə Rusiya Ukraynanın Krım yarımadasını qanunsuz ilhaq edib və ölkənin şərqində separatçıları dəstəkləməyə başlayıb. O vaxtdan münaqişədə 13 minədək adam həlak olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG