Keçid linkləri

Təcili xəbərlər
2019, 21 Avqust, çərşənbə, Bakı vaxtı 11:38

Məscidə hücuma görə terrorçuluq ittihamı verilib


Brenton Tarrant məhkəmədə, 16 mart, 2019-cu il

Yeni Zelandiya polisi bildirir ki, Kraystçerç şəhərində iki məscidə hücumda günahlandırılan şəxsə rəsmən terrorçuluq ittihamı irəli sürülüb.

Özünü ağdərili irqçi sayan avstraliyalı Brenton Tarrant-a bundan öncə 51 qətl və 30 qətl cəhdi ittihamı irəli sürülmüşdü.

Terrorçuluq ittihamı üzrə maksimum cəza ömürlük həbsdir.

Polisin mayın 21-də yaydığı bəyanata görə, Brenton Tarrant “terror aktı ilə məşğul olmaq”da ittiham olunur.

Tarrant martın 15-də iki məscidə hücum zamanı 51 nəfəri öldürməkdə, onlarla adamı yaralamaqda suçlanır.

Bu hücum Yeni Zelandiya tarixində ən çox ölümə səbəb olmuş kütləvi atışma hesab olunur.

Hadisədən bir neçə həftə sonra parlament yarımavtomat silahları qadağan elədi.

28 yaşlı avstraliyalı bir də iyunda məhkəmə qarşısına çıxarılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG