Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:22

Rusiya Ukraynanın dil qanununu müzakirəyə çıxara bilmədi


Ukrayna parlamenti yaxınlığında dil qanununa dəstək aksiyası, arxiv fotosu
Ukrayna parlamenti yaxınlığında dil qanununa dəstək aksiyası, arxiv fotosu

BMT-nin Təhlükəsizlik Şurası Rusiyanın Ukraynanın yeni dil qanunuyla bağlı toplantı keçirmək xahişini rədd edib.

Rusiyanın təklifinə cəmi dörd ölkə – Çin, Cənubi Afrika, Ekvatorial Qvineya və Dominikan Respublikası səs verib. 15 üzvü olan şurada təklifin keçməsindən ötrü doqquz səs lazım idi.

Birləşmiş Ştatlar və daha beş ölkə – Fransa, Almaniya, Britaniya, Belçika və Polşa təklifin əleyhinə səs verib. Dörd ölkə – İndoneziya, Fil Dişi sahili, Küveyt və Peru səsvermədə iştirak etməyib.

Səsvermə mayın 20-də – Ukraynada yeni Prezident Volodymyr Zelenskiy and içən günü keçirilib.

Volodymyr Zelenskiy (ortada)
Volodymyr Zelenskiy (ortada)

“Yeni prezidenti pis göstərmək”

Birləşmiş Ştatların BMT-dəki səfiri vəzifəsini icra edən Jonathan Cohen Moskvanın xahişini “Rusiyanın bu gün Ukraynada hakimiyyətin dinc və demokratik transferindən yayındırmağa yönəlik açıq-aşkar cəhdi” adlandırıb.

***Buna da bax: Zelenskiy məmurlara: “Prezidentin yox, uşaqlarınızın şəklini asın”

Fransanın BMT-dəki səfiri Francois Delattre səsvermədən öncə şurada deyib ki, Rusiyanın addımının niyyəti “konstruktiv müzakirə deyil”, “Ukraynanın yeni prezidentini pis göstərməkdir”.

Ukraynanın Ali Radası qanunu apreldə qəbul edib.

Yeni qanuna görə, Ukrayna dilində TV və radio proqramları artırılır, bütün vətəndaşlar Ukrayna dilində danışmalıdır. Bu dil dövlət qulluqçuları, həkimlər, müəllimlər, hüquqşünaslar üçün məcburidir, cərimələr nəzərdə tutulub.

Ölkədə geniş danışılan ruscanın isə yalnız şəxsi kommunikasiyada istifadəsinə icazə verilir.

Rusiyanın səfiri Vassily Nebenzia deyib ki, rus dili Ukraynadan “çıxarılır”. O, şuranı “senzura”da ittiham edib.

Ukraynanın səfiri Volodymyr Yelchenko-nun sözlərinə görə, Rusiyanın Şuradan Zelenskiy-nin andiçmə günü yığışmağı istəməsi “təsadüfi deyil”.

Zelenskiy andiçmədən sonra deyib ki, əsas məqsədi Ukraynanın şərqinə sülh gətirməkdir.

Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edib, ölkənin şərqindəki separatçıları dəstəkləməyə başlayıb. O vaxtdan Donbas regionunda münaqişədə 13 minədək adam həlak olub.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG