Keçid linkləri

Təcili xəbərlər
2019, 18 Avqust, bazar, Bakı vaxtı 15:33

'İsgəndər Həmidov xaricə aparılıb' - AXH


İ.Həmidov

Bu gün, mayın 20-də keçmiş daxili işlər naziri, Azərbaycan Xalq Hərəkatının (AXH) həmtəsisçisi İsgəndər Həmidovun səhhəti ilə bağlı xarici ölkələrdən birinə aparıldığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna AXH-dən məlumat veriblər. Amma ölkə adı çəkilmir.

Qurumdan verilən məlumata görə, mayın 19-u gecə saatlarında İ.Həmidov ürək ağrıları ilə bağlı Bakıdakı özəl klinikalardan birinə yerləşdirilib və ona təcili əməliyyat olunmasının vacibliyi bildirilib. Lakin keçmiş nazirin Azərbaycanda əməliyyat olunmaqdan imtina etdiyi və bu səbəbə görə xaricə aparıldığı qeyd olunur.

Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu Azadlıq Radiosunda deyib ki, İ.Həmidovun əməliyyat olunub-olunmayacağına xaricidəki müayinədən sonra qərar veriləcək: «Əgər oradakı həkimlər məsləhət bilsələr, əməliyyat olunacaq. Yox, əgər əməliyyata ehtiyac görülməsə, müalicə olunub vətənə dönəcək. Hələlik, İsgəndər Həmidovun getdiyi ölkəni açıqlamağı lazım bilmirik».

Xatırlatma

İsgəndər Həmidov 1948-ci ildə doğulub.

1992-ci il mayın 16-dan 1993-cü il aprelin 16-na qədər Azərbaycanın daxili işlər naziri vəzifəsində çalışıb. O,1993-cü ildə Azərbaycan Xalq Cəbhəsi (AXC) hakimiyyətdən getdikdən sonra həbs edilib. Mənimsəmə və bir sıra başqa cinayətlərdə ittiham edilən İ.Həmidov 14 il həbs cəzası alıb. İttihamları qəbul etməyib, 2003-cü ilin sonlarında vaxtından əvvəl, əfv fərmanı ilə azadlığa çıxıb. 2019-cu ilin əvvəlində yaradılan Azərbaycan Xalq Hərəkatının (AXH) qurucularındandır.

Günün bütün mövzuları

XS
SM
MD
LG