Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:52

Zarif Trump-a cavab verdi: ‘Heç vaxt iranlını qorxutma…’


Mohammad Javad Zarif
Mohammad Javad Zarif

İranın xarici işlər naziri onun təbirincə deyilərsə, ABŞ prezidentinin “soyqırımsayağı istehzasını” rədd edib və Donald Trump-a İranı hədələməmək xəbərdarlığı verib.

Mohammad Javad Zarif Trump-ın tvitindəki xəbərdarlığa cavab tvitində yazıb:

“İranlılar minilliklər ərzində duruş gətirə biliblər, halbuki bütün təcavüzkarlar yox olub. İqtisadi Terror və soyqırımvari istehzalar İrana son qoymayacaq. Heç vaxt iranlını qorxutma. Hörmət etməyə çalış – bu, işə yarayır”.

İranı təzədən hədələyirlər

ABŞ Prezidenti Donald Trump İranı təzədən hədələyib, deyib ki, münaqişə islam respublikasının “rəsmi son”unu gətirər.

Trump mayın 20-də danışıb. Elə həmin gün Birləşmiş Ştatların vacib müttəfiqi olan Səudiyyə Ərəbistanı xəbərdarlıq edib ki, Tehranın “provokasiyaları”na “var gücüylə” cavab verməyə hazırdır.

ABŞ və İran arasında gərginlik qızışır və bunun potensial hərbi münaqişəyə çevrilə biləcəyi sarıdan narahatlıq var.

Vaşinqton Yaxın Şərq və Fars Körfəzində hərbi qüvvələrini gücləndirir, İrandan təhdidlərin olduğunu bildirir. Dövlət Departamenti isə İranın qonşusu İraqdakı ABŞ səfirliyindən fövqəladə ehtiyac olmayan işçiləri çıxarıb.

İran müharibə istəmədiyi deyir, təhdidlərlə bağlı Vaşinqtonun iddialarını rədd edir.

Mayın 19-da Bağdaddakı ABŞ səfirliyi yaxınlığına raket buraxılıb. Xəsarət alan olmayıb, ciddi ziyan dəyməyib. Hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb.

“İran vuruşmaq istəyirsə, bu, İranın rəsmi sonu olacaq. Birləşmiş Ştatları heç vaxt təhdid etməyin!” – Trump mayın 20-də tvitində yazıb.

Səudiyyə Ərəbistanı isə Tehranı ötən həftə kraqllıqda iki neft obyektinə dron zərbəsini sifariş etməkdə suçlayıb. Bu hücuma görə İranın Yəməndə dəstəklədiyi şiəməzhəb husi yaraqlıları məsuliyyəti götürüb.

Trump ötən ilin mayında İranla 2015-ci il nüvə sazişindən çıxıb və sanksiyaları gücləndirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG