Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:26

Həbsxana qiyamında 32 nəfər öldürülüb


Xucand həbsxanası
Xucand həbsxanası

Tacikistanın Ədliyyə Nazirliyi həbsxana qiyamında 3 nəzarətçinin və 29 məhbusun öldürüldüyünü bildirir.

***

Tacikistanın Ədliyyə Nazirliyi Vahdat cəzaçəkmə koloniyasında qiyamda üç nəzarətçinin, bir neçə məhbusun öldürüldüyünü bildirir. Sərt şəkildə qorunan bu həbsxana paytaxt Düşənbədən 25 kilometr şərqdə yerləşir.

Qiyamın mayın 19-da axşam başlandığı bildirilir. İslam Dövləti (İŞİD) silahlı qruplaşmasında təqsirli bilinən 30 məhbus üç həbsxana nəzarətçisini girov götürərək öldürüb. Nazirlik həmin məhbusların bıçaq və digər kəskin alətlərlə silahlandığını bildirir.

Nazirliyin bəyanatında vurğulanır ki, “durumun sabitləşməsindən ötrü… qətiyyətli addımlar” atılıb və qiyamçılar öldürülüb. Nazirlik indi durumun nəzarət olduğunu, təhqiqat başlandığını qeyd edir.

“29 məhbus öldürülüb”

“Reuters” dövlət təhlükəsizlik orqanında adını çəkmədiyi mənbəyə istinadla 29 məhbusun öldürüldüyünü yazır.

***Buna da bax: “İslam Dövləti” həbsxana qiyamına görə məsuliyyəti götürür

Mühacirətdə olan müxalifətin internet saytları məhbusları arasında ölənlərin çox olduğunu bildirir. Biznesmen, qeydiyyata alınmamış “Yeni Tacikistan” müxalifət partiyasının lideri Zayed Saidov-un xəsarət almadığı vurğulanır. O, həmin təcridxanada 26 illik həbs cəzası çəkir. Saidov 2013-cü ilin dekabrında maliyyə fırıldağı, çoxarvadlılıq, azyaşlı ilə cinsi münasibətdə olmaqda təqsirli bilinib.

Təcridxananın başqa bir binasında ərləri ilə görüşə getmiş bəzi məhbus arvadlarının sözlərinə görə, atışma yerli vaxtla 9-da başlayıb və yarım saatadək çəkib.

Ərazidə yaşayanlar həbsxanaya doğru bir neçə təcili yardım, polis maşını, yanğınsöndürənin şütüdüyünü deyirlər.

Noyabrda ölkənin şimalında Xucand şəhərindəki həbsxanada qiyam baş vermişdi. Rəsmi bəyanatlarda 21 məhbusun, iki həbsxana nəzarətçisinin öldürüldüyü bildirilirdi. O zaman AzadlıqRadiosu-na anonim danışan hökumət mənbələri deyirdilər ki, itaətsizliyin arxasında dini ekstremizm və terrorçuluqda təqsirli bilinən İŞİD tərəfdarları durub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG