Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:55

“İslam Dövləti” həbsxana qiyamına görə məsuliyyəti götürür


Xucanddakı həbsxana
Xucanddakı həbsxana

İslam Dövləti (İD) silahlı qruplaşması iddia edir ki, noyabrın 8-də Tacikistanın şimalındakı həbsxanada qiyama görə “döyüşçülərindən biri” məsuliyyət daşıyır.

Qruplaşma bu haqda noyabrın 8-də Amaq xəbər agentliyi vasitəsilə bəyanat yayıb.

Agentlik bildirir ki, İD üzvü həbsxana nəzarətçisinə hücum edəndən sonra qiyam başlanıb. Hadisə noyabrın 7-də gecə baş verib.

AZI 24 NƏFƏR ÖLDÜRÜLÜB

Tacikistan hökumətinə və təhlükəsizlik rəsmilərinə yaxın mənbələr noyabrın 9-da AzadlıqRadiosu-na bildiriblər ki, Xucand şəhərindəki həbsxana qiyamını dini ekstremizm və terrorçuluğa görə məhkum edilmiş İD tərəfdarları törədib.

Qiyam zamanı azı 24 nəfərin öldüyü bildirilir, onlardan ikisi nəzarətçidir.

Mənbələrin bildirməsinə görə, dava-dalaş məhbuslardan birinin nəzarətçiyə hücum edərək onu öldürməsindən sonra başlanıb.

İnsidentdən iki gün keçir, amma hökumət hələlik, rəsmi reaksiya verməyib. Yerli administrasiya yalnız qiyam olduğunu təsdiqləyib, əlavə informasiya verməyib.

İnsidentdən sonra Ədliyyə Nazirliyi rəsmiləri Xucanda gedib, yüksək təhlükəsizlik tədbirləri görülüb. Mənbələr deyir, yaralanmış altı polis əməkdaşı Xucand şəhər xəstəxanasına göndərilib.

Xucanddakı həbsxana yüksək şəkildə qorunur, burada terrorçuluq və ekstremizmdə, digər ağır cinayətlərdə təqsirli bilinmiş məhbuslar cəza çəkir. Bu məhbusların çoxunun yasaqlanmış ekstremist qruplar – İslam Dövləti, Hizb-ut-Tahrir və digərlərinə üzvlüyə, bağlılığa görə məhkum oldunduğu bildirilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG