Keçid linkləri

Təcili xəbərlər
2019, 21 Avqust, çərşənbə, Bakı vaxtı 03:01

Ç.Mustafayev 'Eurovision'ın finalında


Ç.Mustafayev

Azərbaycanı Tel-Əvivdə keçirilən Eurovision-2019 mahnı müsabiqəsində təmsil edən Çingiz Mustafayev final mərhələsinə vəsiqə qazanıb. Ç.Mustafayev ikinci yarımfinal mərhələsində «Truth» (Həqiqət) mahnısını ifa edib.

Finala vəsiqə qazananlardan Azərbaycanla yanaşı, Niderland, Albaniya, İsveç, Rusiya, Danimarka, Norveç, İsveçrə, Malta və Şimali Makedoniya təmsilçisi də var. Daha 10 ölkə təmsilçisi isə birinci yarımfinalda finala vəsiqə qazanıb.

Müsabiqənin finalı mayın 18-də olacaq.

Xatırlatma

Azərbaycan 2008-ci ildən bu yarışlarda iştirak edir. 2011-ci ildə isə Azərbaycan tarixi ərzində birinci dəfə müsabiqənin qalibi olub. Almaniyada keçirilən bu müsabiqədə Azərbaycanı təmsil edən Eldar QasımovNigar Camal «Running Scared» mahnısını ifa etmişdilər. 2012-ci ildə isə Azərbaycan (təmsilçisi bir il əvvəl qalib olduğundan) bu müsabiqəyə ev sahibliyi etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG