Keçid linkləri

Təcili xəbərlər
2019, 21 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 16:28

Keçmiş prezidentlərin mühakiməsinə yol açılır


Sooronbai Jeenbekov (sağda) və Almazbek Atambaev

Qırğızıstan Prezidenti Sooronbai Jeenbekov mayın 16-da keçmiş prezidentlərin mühakiməsinə yol açan qanunvericiliyi imzalayıb.

Bu arada bəzi siyasətçilər keçmiş prezident Almazbek Atambaev-in vəzifədə ikən verdiyi qərarlarla bağlı təhqiqat başladılmasına çağırırdılar.

Yeni qanunda keçmiş prezidentlərin cinayət təqibindən toxunulmazlığı nəzərdə tutulsa da, onlar eks-prezident statusunu itirincə mühakimənin mümkün olduğu bildirilir.

Qanunda deyilir ki, Baş prokurorlar keçmiş prezidenti “xüsusilə ağır cinayətlərdə” şübhəli bilərsə, parlament onun statusunu ala bilər.

Qanunda “xüsusilə ağır cinayət”in nə olduğu açıqlanmır.

Jeenbekov-la Atambaev arasında qarşıdurma dərinləşdikcə keçmiş prezidentlərin toxunulmazlığının alınması məsələsi gündəmə gəlib.

Altı il prezident olan Atambaev öz varisi kimi Jeenbekov-u dəstəkləyib və o, 2017-ci ilin oktyabrında prezident seçilib.

Keçmiş müttəfiqlər bir ildən çoxdur bir-birini açıq şəkildə tənqid edirlər.

Atambaev-in bir neçə yaxın adamı korrupsiya ittihamıyla həbs olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG