Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 00:12

Mərkəzi Bank manatın taleyindən arxayındır


Azərbaycan Mərkəzi Bankı

«Azərbaycan manatının məzənnəsinin sabitliyi üçün bu gün ölkədə bütün makroiqtisadi əsaslar qüvvədədir . Narahatlıq üçün amil yoxdur».

«Report» xəbər verir ki, bunu bu gün, mayın 16-da jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankı sədrinin I müavini Alim Quliyev deyib.

«Bu gün Azərbaycanın valyuta ehtiyatları və beynəlxalq əmtəə bazarlarındakı vəziyyət imkan verir ki, ölkədə 2017-ci ildən bərqərar olan iqtisadi sabitlik davam etsin. Manatın məzənnəsinin bu ilin sonuna qədər sabitliyinin təmin olunması üçün bütün əsaslar var», - o, qeyd edib.

Xatırlatma

2015-ci ildə manatın iki dəfə (fevral və dekabr aylarında) devalvasiyası baş verib. Manat dollar qarşısında iki dəfə dəyər itirib.

Amma iki ildir manatın məzənnəsi sabit qalmaqdadır. Hazırda 1 dollar 1 manat 70 qəpiyə bərabərdir. Halbuki, rəsmilər 2015-ci ildən manatın üzən məzənnə rejiminə keçdiyini açıqlamışdı. Ekspertlər isə deyir ki, Azərbaycanda milli valyutanın məzənnəsi əslində tənzimlənir.

XS
SM
MD
LG