Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:03

Azərbaycan şirkəti Monteneqroda liman açır


Kumbordakı kurort keçmiş hərbi bazanın yerində tikilir. Arxiv fotosu
Kumbordakı kurort keçmiş hərbi bazanın yerində tikilir. Arxiv fotosu

Bu ay Azərbaycan şirkəti Monteneqroda superyaxtalar üçün 1 milyard avroya başa gəlmiş limanı açır. “Reuters” agentliyi yazır ki, bu layihədən sonra daha iki dəbdəbəli kurortun açılacağı gözlənir və Azərbaycan bu kiçik Balkan ölkəsinin artan iqtisadiyyatında Dubay və Çinlə rəqabət aparmaqdadır.

Azmont Investments keçmiş təsisçi şirkəti SOCAR ilə birlikdə keçmiş Yugoslav Kumbor donanma bazasında işlərə 2014-cü ildə başlayıb. O zaman kanadiyalı bir maqnat Porto Montenegro-nu açdı və indi buranın sahibi Dubayın investisiya şirkətidir.

Agentlik yazır ki, SOCAR Azmont-dan ayrılmağına baxmayaraq, bu ay Portonovi limanının lentini kəsəcək. Azmont hazırda Paşa Holdinqə məxsusdur.

İyulda və avqustda isə ərazidə daha böyük bir kurort, daha sonra regionun ilk One&Only oteli açılmalıdır.

Ən böyük investor

“Genişlənmədən sonra, düşünürəm ki, Monteneqronun ən böyük investoru olacağıq”, – Azmont sədri Ahmet Erentok Londona səfəri zamanı “Reuters”ə deyib. O, azı iki kiçik kurort və bir xizək bazası qurmaq istədiyini sözlərinə əlavə edib.

Turizm Monteneqronun 5 milyard dollara yaxın illik ÜDM-nin 20 faizdən artığını təşkil edir və onun daha da artacağı gözlənir. Beynəlxalq Valyuta Fondu isə bu il ölkədəki iqtisadi artımın 4,%%-dən 2,8 faizə düşəcəyini proqrnozlaşdırır.

Agentlik Azmont və Paşa Holdinqin Monteneqronun baş investoru olmaq uğrunda yarışdığını qeyd edir.

Hazırda Çinin dövlət şirkəti bu ölkədə yeni magistral yol çəkir, Dubay isə Porto Montenegro-nu genişləndirir.

Monteneqro Prezidenti Milo Djukanovic-in müşaviri Petar Ivanovic deyir ki, turizm azı bir neçə il ölkə iqtisadiyyatının əsas təkanverici qüvvəsi olacaq.

Onun sözlərinə görə, ölkə 2025-ci ildə Avropa Birliyinə qoşulmağa hazır olmaq istəyir. Onda ölkəyə daha çox investisiya axa bilər.

Monteneqro və Serbiya AB-yə qoşulmaq növbəsində dursalar da, yaxın gələcəkdə belə bir perspektiv gözlənmir.

Hər iki ölkəyə deyilib ki, mütəşəkkil cinayətkarlığın, korrupsiyanın, qohumbazlığın kökünü kəssinlər, bürokratiyanı azaltsınlar. Üstəlik, hər iki ölkənin siyasi elitası AB və rusiyapərəst düşərgələrə parçalanıb.

“Yenə də hazır olmağımızla bağlı siqnal veririk”, – Ivanovic söyləyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG