Keçid linkləri

Təcili xəbərlər
2019, 23 Avqust, Cümə, Bakı vaxtı 06:03

Dovşan heykəli 91,1 milyon dollara satılıb


Jeff Koons-un "Oturmuş Balerina" əsəri

Amerikalı Jeff Koons-un hazırladığı Dovşan heykəli 91,1 milyon dollar satılıb. Bu, həyatda olan bir sənət adamı üçün rekord məbləğ sayılır.

Nyu Yorkdakı Christie's hərracında satış mayın 15-də gerçəkləşib. Ancaq heykəlin satış qiyməti ona qoyulan ilkin qiymətdən 20 milyon dollar artıqdır.

1986-cı ildə tamamlanmış heykəl 20-ci əsr incəsənətinin ən tanınmış işlərindən sayılır.

Paslanmayan poladdan hazırlanmış heykəlin hündürlüyü 104 santimetrdir. Heykəldə üzsüz dovşan əlində kök tutub.

Heykəli alanın adı açıqlanmayıb.

Bundan öncə həyatda olan britaniyalı rəssam David Hockney-nin “Rəssamın Portreti” əsəri 90,3 milyon dollara satılmışdı. 1972-ci ildə tamamlanmış əsər bu rekord qiymətə ötən ilin noyabrında satılıb.

Koons-un müəllifi olduğu “Şar it” heykəli isə 2013-cü ildə hərracda 58,4 milyon dollar satılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG