Keçid linkləri

Təcili xəbərlər
2019, 26 May, bazar, Bakı vaxtı 17:58

Əliyev və Ərdoğan danışıb


R.T.Ərdoğan və İ.Əliyev

Mayın 15-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.

Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, R.T.Ərdoğan prezident İ.Əliyevi və Azərbaycan xalqını Ramazan ayı münasibətilə təbrik edib, dövlət başçısına, xalqa firavanlıq arzularını çatdırıb.

Prezident İ.Əliyev də göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib və öz növbəsində qarşı tərəfə təbriklərini ifadə edib.

«Söhbət zamanı dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər», - məlumatda yazılıb.

Xatırlatma

Hicri təqvimində yer alan Ramazan ayı Miladi təqvimi ilə bu il mayın 6-da başlayıb. Müsəlman ölkələrində Ramazan ayında oruc tutulur.

İslamda müqəddəs sayılan «Qurani-Kərim»in məhz Ramazan ayında nazil olduğu bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG