Keçid linkləri

Təcili xəbərlər
2019, 26 May, bazar, Bakı vaxtı 17:32

Müsbət saldo azalır


İdxal

Bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 11 milyard 639 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

Bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında bildirilir.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təqribən 3 milyard dollar çoxdur. Amma idxaldakı artım ixracdakı artımı daha çox üstələyib

4 aylıq xarici ticarət dövriyyəsinin təqribən 7 milyard dolları ixracın, 4.5 milyard dolları isə idxalın payına düşüb. Son nəticədə xarici ticarətdə 2.54 mlrd. dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 3.2 faiz azdır. Ötən ilin analoji dövründə isə müsbət saldo 2.62 milyard dollar olmuşdu. Onda ixrac 5.652 milyard, idxal isə 3.026 milyard dollar təşkil etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG