Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 01:56

'Yeniyetməni vətənə borclu olması üçün borclandırmalıyıq'-Media icmalı


Hökumət sənədsiz evlər problemini necə həll etsin?
Gözlə

No media source currently available

0:00 0:01:34 0:00

Hökumət sənədsiz evlər problemini necə həll etsin?

Özünüməşğulluq proqramı, icbari sığorta ilə bağlı gözlənilən çətinliklər, uşaqlara aylıq müavinətin verilməsi və başqa məsələlər medianın toxunduğu mövzulardandır...

Sənədsiz evlər

Modern.az saytında «İcbari tibbi sığortanın tətbiqinədək sənədsiz evlər məsələsi həll olunacaq» sərlövhəli yazı oxumaq olar.

Yazıda ölkədə gələn ildən icbari tibbi sığortanın tətbiqi və bu fonda sənədsiz evlərdə yaşayanların məsələsi deputat Vahid Əhmədovla təhlil edilib.

Müəllifin bildirməsinə görə, Baş nazirin müavini Əli Əhmədov açıqlama verib ki, 2020-ci ilin yanvarından ölkədə hər kəsə icbari tibbi sığorta xidməti göstəriləcək. Ə.Əhmədov qeyd edib ki, indi İcbari Tibbi Sığorta Agentliyinin (İTSA) tərkibinə keçən xəstəxanaların hazır vəziyyətə gətirilməsi işləri həyata keçirilir.

Müəllif isə öz növbəsində yazıb ki, vətəndaşların icbari tibbi sığortadan yararlanmasından ötrü yaşadığı evdə qeydiyyata düşməlidir: «Azərbaycanda isə uzun illərdir ki, sənədsiz torpaq sahələrinin və evlərin dövlət reyestrinə daxil edilməsi problemi gündəmdədir. Min bir əziyyətlə başa gələn evlərinin tamhüquqlu sahibi olmaq və qeydiyyata düşmək sadə vətəndaşın arzusu olaraq qalır».

Yazıda qeyd edilməsinə görə, hazırda paytaxt və paytaxtətrafı ərazilərdə belə bir neçə yüz min evin olduğu bildirilir.

Deputat V.Əhmədov isə sayta deyib ki, bu məsələnin müsbət həlli ilə bağlı dövlət başçısı dəfələrlə göstəriş verib: «Amma problem öz həllini tapmayıb. Ölkə başçısının imzaladığı fərmanla yeni tikilən binalarda problem həll olunur...».

V.Əhmədov vurğulayıb ki, bu məsələdə vətəndaşların dəqiq ünvanını göstərən sənəd olmalıdır: «İstənilən halda problem öz həllini tapmalıdır. Çünki 2020-ci ildən icbari tibbi sığortanın tətbiqi üçün insanların ünvanları dəqiq göstərilməlidir. Ona görə də inanıram ki, icbari tibbi sığortanın tətbiqinədək sənədsiz evlər məsələsi həll olunacaq».

Əsgər
Əsgər

«Uşaqpulunun verilməsi dövlətin mənəvi borcudur»

Sfera.az saytında ««Uşaqpulu yalnız yoxsul ailələrə verilsin» təklifi etiraz doğurdu – bu nə deməkdir?» sərlövhəli yazı yer alır.

«Mexanizmi seçmək çox asandır, burada mürəkkəb mexanizmlərdən istifadə etməyə ehtiyac yoxdur, təki hökumətin istəyi olsun». Bunu sayta son vaxtlar uşaqlara aylıq müavinətlərin verilməsinin bərpası təklifi ətrafında gedən müzakirələri dəyərləndirən «Liberal İqtisadçılar» İctimai Birliyinin (LİB) sədri Akif Nəsirli deyib.

A.Nəsirli vurğulayıb ki, həm uşaqlar və həm də böyüklərdən ötrü istehlak səbəti müəyyən edilib. Onun fikrincə, elan edilən rəsmi istehlak səbətinin məbləği çox aşağıdır, 200 manat civarındadır.

Ekspert hesab edir ki, hökumət uşaqpulu vermək fikrində olsa, onun mexanizmini seçmək çox asandır: «Çünki Azərbaycanda iqtisadiyyat o qədər də pilləli və mürəkkəb deyil. Sadəcə olaraq, dövlət büdcəsindən vəsait ayrılar, hər bir uşaq üçün müəyyən məbləğ nəzərdə tutula bilər. İnkişaf etmiş ölkələrdə uşaqpulu məfhumu əsasən vergi güzəştləri ilə həll olunur. Vergi ödəyicisi olan şəxslər də anadan olan ilk uşağa görə ölkələrdən asılı olaraq 400-600 avro arası məbləğində vergi güzəştlərindən yararlanır. Hətta bəzi ölkələrdə ikinci uşağa görə vergi güzəşti daha böyük məbləğdə olur».

A.Nəsirli hesab edir ki, bu məsələdə ayrıseçkilik də düzgün deyil: «Bu günlərdə deputatlardan biri bildirdi ki, uşaqpulu ancaq yoxsul ailələrə verilsin. Belə yanaşma doğru deyil. Hər halda varlı da, yoxsul da uşaq böyüdür. Həddi-buluğa çatan uşağa «Vətənə borcun var» deyirik. Həmin yeniyetmənin vətənə borclu olması üçün onu borclandırmalıyıq. Yəni 18 yaşına qədər dövlət olaraq ona münasibətdə nəsə xərc çəkilməlidir ki, o da Vətənə borclu olsun. Bu səbəbdən uşaqpulunun verilməsi bir tərəfdən də dövlətin mənəvi borcudur».

Bəs,hökumət kasıb ailələrə necə kömək etməlidir
Gözlə

No media source currently available

0:00 0:02:03 0:00

Özünüməşğulluq

«Azərbaycan» qəzetində «Özünüməşğulluq - işsizlikdən kiçik ailə biznesinə keçmək imkanı» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, 1991-ci ilin dekabrında dünyanın söz sahibi ölkələrindən biri - SSRİ-nin süqutu ilə faktiki müstəqilliyinə qovuşan Azərbaycanın da seçdiyi liberal bazar iqtisadiyyatının sübuta ehtiyacı olmayan üstünlükləri ilə bərabər, sosial bərabərsizlik kimi qəbul edilməyən cəhəti də var: «Xüsusən iqtisadiyyatı və ideoloji təbliğatı sosial bərabərlik üzərində qurulan keçmiş Sovetlər Birliyində yaşamış adamlar üçün bu cəhət indi də aktualdır...».

Yazıda vurğulandığına görə, amma ilk baxışdan təzadlı görünən bu yolu seçmiş ölkələrdə dövlətin, hökumətin boynuna əhalinin sosial problemlərini həll etmək kimi bir missiya da düşür.

Müəllif iddia edir ki, Azərbaycanda dövlət bu missiyanın öhdəsindən layiqincə gəlir.

Yazıda qeyd olunur ki, dövlət başçısının son illər sosial sahədə xüsusi diqqət və əhəmiyyət verdiyi məsələlərdən biri də özünüməşğulluqdur. Müəllif bu mövzuda Prezident İlham Əliyevdən belə bir sitat da gətirir: «İş yerlərinin yaradılması üçün, əlbəttə ki, vacib amillərdən, vasitələrdən biri özünüməşğulluq proqramıdır. Biz buna da başlamışıq. Bu proqram çox böyük rəğbət qazanıb. Biz hər il özünüməşğulluq proqramı çərçivəsində təqribən 7 minə yaxın insanı işə cəlb etmək fikrindəyik. Ancaq yerlərdən gələn sifarişlər qat-qat çoxdur. Bunu biz nəzərə almalıyıq və öz planımıza düzəlişlər etməliyik».

XS
SM
MD
LG