Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:38

Putin ABŞ-la münasibətlərin ‘tam bərpasına’ ümid edir


Rusiya prezidenti Vladimir Putin (sağda) ABŞ dövlət katibi Mike Pompeonu mayın 14-də Soçidəki Boçarov iqamətgahında qəbul edib
Rusiya prezidenti Vladimir Putin (sağda) ABŞ dövlət katibi Mike Pompeonu mayın 14-də Soçidəki Boçarov iqamətgahında qəbul edib

ABŞ-ın dövlət katibi Mike Pompeo ilə onun Lavrovla birgə mətbuat konfransından sonra Soçidə görüşən Rusiya prezidenti Vladimir Putin deyib ki, o Moskva ilə Vaşinqton arasında bağların “tam bərpa” olunacağına ümid edir.

Putin habelə ABŞ-da “Trump-ın adamlarının Rusiya rəsmiləri ilə heç bir sövdələşməyə girmək istəmədiklərinə dair dəlil tapmayan Mueller hesabatını” təqdir edib.

Lakin Mueller-in hesabatında Trump-ın tam təmizə çıxarıldığı da deyilmir.

Putin Mueller təhqiqatını “çox obyektiv araşdırma” adlandırıb.

Pompeo ilə keçirdiyi birgə mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın Trump-Putin görüşü üçün açıq olduğunu deyib.

Lakin o belə bir görüşün planlaşdırıldığını da dilə gətirməyib.

Lavrov deyib ki, iki ölkə, aralarındakı “şübhə və xürafatları” dağıtmalı və “yeni konstruktiv çərçivənin qurulmasına başlamalıdırlar”.

Mike Pompeo: “Biz İranla fundamental olaraq müharibə görmürük”

Rusiyanın xarici işlər naziri Sergei Lavrov Soçidə amerikalı həmkarı Mike Pompeo ilə danışıqlardan sionra birgə keçirdiyi mətbuat konfransında deyib ki, iki ölkə arasında İranın nüvə proqramına dair çoxlu fikir ayrılıqları var.

Pompeo deyib ki, bu danışıqlar ikitərəfli münasibətlərin yaxşılaşdırılması istiqamətində irəliyə doğru addım sayıla bilər. Lakin o da əlavə edib ki, iki öklə arasında fikir ayrılıqları çoxdur.

ABŞ dövlət katibi Pompeo bunu da bildirib ki, onlar Lavrovla Rusiyanın ABŞ-ın daxili işlərinə qarışması məsələsini də müzakirə ediblər.

ABŞ-ın dövlət katibi Mike Pompeo (solda) və Rusiya xarici işlər naziri Sergei Lavrov mayın 14-də Soçidə görüşüblər
ABŞ-ın dövlət katibi Mike Pompeo (solda) və Rusiya xarici işlər naziri Sergei Lavrov mayın 14-də Soçidə görüşüblər

Tehranla Vaşinqton arasında gərgin münasibətlər məsələsinə toxunan Mike Pompeo deyib ki, “biz İranla fundamental olaraq müharibə görmürük”.

Lavrov deyib ki, o amerikalı həmkarı ilə İran, Venesuela və Suriyaya dair “açıq və faydalı” söhbət aparıb.

Pompeo bildirir ki, o Rusiyanı Venesuelada hakimiyyətini qoruyub saxlamağa çalışan prezident Nicolas Maduroya dəstəyini dayandırmağa çağırıb:

"Nicolas Maduronun çıxıb getmək vaxtı çatıb. O Venesuela xalqına səfalətdən başqa heç nə gətirməyib. Biz ümid edirik ki, Maduroya Rusiyanın dəstəyi dayanacaq”.

***

ABŞ Prezidenti Donald Trump Rusiyayla münasibətlərin yaxşılaşdırılmasını istəyir. Bunu Dövlət katibi Mike Pompeo Rusiyanın Xarici işlər naziri Sergei Lavrova deyib.

Lavrov-la görüşün əvvəlində Pompeo deyib ki, Rusiyayla Birləşmiş Ştatlar hər şeylə bağlı razılığa gəlməyə bilərlər, ancaq əməkdaşlıq imkanları mövcuddur – özəlliklə də terrorçuluqla mübarizədə və nüvə silahlarının yayılmaması məsələsində.

Lavrov ümidini bildirib ki, tərəflər “Rusiya-Amerika münasibətlərini mövcud kədərli durumdan çıxarmağa yönəlik spesifik təkliflər ortaya qoya biləcəklər”.

Lavrov-un sözlərinə görə, “bir-birini qarşılıqlı anlamağın yeni, daha məsuliyyətli və konstruktiv modelini qurmağa başlamağın vaxtıdır”. O dərhal əlavə edib ki, “biz buna hazırıq”.

***

Pompeo Rusiyada Putin-lə danışıqlar aparır

ABŞ-ın Dövlət katibi Mike Pompeo Rusiya Prezidenti Vladimir Putin-lə danışıqlar aparmaqdan ötrü Soçi şəhərinə gedib. Bu, ötən ildən bəri ABŞ və Rusiya rəsmilərinin ən yüksək səviyyəli görüşüdür. Ötən iyulda Putin Finlandiyada Prezident Donald Trump-la görüşmüşdü.

Pompeo bu gün Twitter-də yazıb ki, Putin və rusiyalı həmkarı Sergei Lavrov-la danışıqlarında “bir sıra vacib mövzulara toxunulacaq”:

“Bəzi məsələlər üzrə razılaşa, bəziləri üzrə razılaşmaya bilərik, ancaq milli maraqlarımıza uyğun olanda irəliyə yol tapmaq boynumuza düşür”.

Pompeo-ya “Xəncər”i göstərəcəklər

Dövlət katibi Lavrovla görüşdən sonra Putin-lə görüşməlidir. Onu Rusiyanın cənubunda yerləşən hərbi uçuş sınaq mərkəzinə aparacaq, “Xəncər” adlı yeni “hipersonik” raketlə tanış edəcəklər.

Kremlin sözçüsü Dmitry Peskov bu aşkar güc göstərisinin Birləşmiş Ştatlara mesaj göndərməyi hədəfləməsi barədə iddiaları rədd edib. “Burada hər hansı konspirasiya nəzəriyyələri irəli sürmək lazım deyil”, – o deyib.

Dövlət Departamenti bildirmişdi ki, Pompeo-nun Soçi görüşlərində silahlara nəzarət, Venesuela böhranı, Ukrayna və Suriyadakı münaqişələr, İran məsələsi müzakirə olunacaq.

Bütün bu məsələlər üzrə Birləşmiş Ştatlarla Rusiya arasında fikir ayrılığı mövcuddur.

***Buna da bax: Pompeo Brüsseldən Rusiyaya gedir

Birləşmiş Ştatlar fevralda 1987-ci ildə imzalanmış Ortamənzilli Raket Qüvvələri Sazişindən çıxdığını elan edib. Vaşinqton Rusiyanın yeni raket sistemi yaratmaqla sazişi pozmaqda ittiham edib və bu ilin fevralından sazişdən rəsmi çıxmaq prosesini başladıb. İddiaları rədd edən Moskva da sonradan oxşar addım atıb.

Trump ötən həftə Putin-lə telefonla danışıb. Onlar nüvə silahlarını məhdudlaşdıracaq, Çinin olmayacağı yeni sazişin mümkünlüyünü müzakirə ediblər.

Çinin Xarici işlər naziri Wang Yi mayın 13-də Soçidə Lavrovla görüşdən sonra deyib ki, ölkəsi ABŞ və Rusiya ilə nüvə silahlarına nəzarət sazişi üzrə danışıqlar aparmaqda maraqlı deyil.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG