Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 16:55

ABŞ səfirliyindən Greencard xəbərdarlığı


Greencard

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyi 2020-ci ilin Greencard viza lotereyasındakı saxtakarlıqla bağlı xəbərdarlıq yayıb.

Səfirlik viza lotereyası proqramının ərizəçilərinə göndərilən saxta elektron poçt və məktubların sayının əhəmiyyətli dərəcədə artması ilə bağlı ictimaiyyətə xəbərdarlıq verib.

«Bu cür saxta elektron poçt və məktubların müəllifləri Greencard proqramının ərizəçilərindən ödəniş əldə etmək üçün özlərini ABŞ hökumətinin nümayəndəsi kimi təqdim edirlər. Bundan əlavə, yerli viza təşkilatları Greencard lotereyasına daxil etmək məqsədilə Sizə şəxsi məlumatları vermək üçün müraciət edə bilər. ABŞ səfirliyi heç bir yerli Greencard təşkilatı ilə çalışmır və ya dəstək göstərmir», - xəbərdarlıqda yazılıb.

Səfirlik bildirir ki, yalnız rəsmi Dövlət Departamentinin saytı vasitəsilə heç kimə ödəniş ödəmədən ərizəni yoxlaya bilərsiniz.

Bu cür fırıldaq qurbanlarından səfirliyin Facebook səhifəsi vasitəsilə və yaxud consularbaku@state.gov elektron poçt ünvanına müraciət etmələri xahiş olunur.

Xatırlatma

Greencard ABŞ-ın xarici vətəndaşlara ömürlük və müddətsiz verdiyi vətəndaşlıq vəsiqəsidir. Bunu aldıqdan sonra qanuni şəkildə ABŞ-da yaşamaq, işləmək, oxumaq hüququ əldə edilir.

Greencard proqramını 1990-cı ildə ABŞ Dövlət Departamenti hazırlayıb. Bu proqramla ABŞ-a Greencard vəsiqəsi qazanan şəxslər müəyyən olunur. Hər il müraciət edən yüz minlərlə şəxs içərisindən 50 min nəfər qalib olur. Onlar ABŞ-a leqal formada köçə bilirlər. Proqramda seçimlər kompüter vasitəsilə təsadüfi formada aparılır və qalib gəlməkdən ötrü xüsusi kriteriyalar yoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG