Keçid linkləri

2024, 14 May, çərşənbə axşamı, Bakı vaxtı 16:02

Əliyevlə Paşinyan Brüsseldə görüşüblər [Video]


N.Paşinyan və İ.Əliyev. Foto arxiv
N.Paşinyan və İ.Əliyev. Foto arxiv

Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə qısa görüş keçiriblər. Görüş Şərq Tərəfdaşlığının 10-cu ildönümü ilə bağlı tədbir çərçivəsində mayın 14-də baş tutub.

N.Paşinyanın dediyinə görə, İ.Əliyevlə qısa sürən danışıqda Dağlıq Qarabağ münaqişəsi üzrə hazırkı durumu müzakirə ediblər:

«Yalnız tərəflərdən birinin maraqlarını əsas götürməklə heç bir münaqişəni həll etmək mümkün deyil. Düşünürəm ki, Dağlıq Qarabağ münaqişəsinin həllində ən böyük maneə Azərbaycanın Qarabağla danışıqlara getməməsidir. Həqiqət odur ki, bu münaqişənin üç tərəfi var - Azərbaycan, Ermənistan və Dağlıq Qarabağ. Biz hesab edirik ki, bu münaqişə müvafiq danışıqlar çərçivəsində həll edilməlidir».

Paşinyan deyib ki, Əliyevlə növbəti görüşünün nə vaxt olacağı hələ ki bəlli deyil, amma danışıqların davam etdiriləcəyinə əmindir.

Ermənistan baş naziri bundan əvvəl də açıqlamalarında danışıqlarda Dağlıq Qarabağın da iştirakını təklif edib. Azərbaycan isə bunu 25 ildir sürən sülh danışıqlarının formatının dəyişdirilməsi hesab edir və bundan imtina edir.

Bakıda rəsmilər bildirirlər ki, sülh danışıqları yalnız Azərbaycanla Ermənistan arasında ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə keçirilməlidir. Çünki Azərbaycanın Qarabağ və ətrafındakı yeddi rayonu işğal edən Ermənistandır. Tərəflər 1994-cü ildə atəşkəs elan edib sülh danışıqlarına başlasalar da, hələlik, bu danışıqları yekun razılaşma əldə edilməsinə gətirib çıxarmayıb.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə bağlı 1988-ci ildə başlayıb.1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib. Bu münaqişə ATƏT-in Minsk qrupu vasitəsi ilə tənzimlənir. ABŞ, Rusiya və Fransa qrupun həmsədrləridir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG