Keçid linkləri

Təcili xəbərlər
2019, 19 Avqust, Bazar ertəsi, Bakı vaxtı 14:00

AzadlıqRadiosu-nun müxbirinə hücum ediblər


Ydyrys Isakov

Qırğızıstanın cənubundakı Oş şəhərində AzadlıqRadiosu-nun müxbirinə hücum olunub. Müxbir qanunsuz kazinonun şübhəli fəaliyyətini araşdırırmış.

Hücum zamanı müxbir Ydyrys Isakov-un üzü və əlləri cırmaqlanıb, paltarları cırılıb. Hadisə mayın 13-də Oşun mərkəzindəki DeLuxe oteli yaxınlığında baş verib.

Yerli NUR televiziyasının əməkdaşı da hücuma məruz qalıb.

Polis hücum edənlərin bir neçəsini saxladığını bildirir.

Isakov otel yaxınlığındakı binada fəaliyyət göstərən kazino barədə araşdırma aparırmış. Bir cütlük müxbirə oğullarının kazinoda qumarda 50 min dollaradək pul itirdiyini deyib.

Təhlükəsizlik səbəbindən adlarının çəkilməsini istəməyən cütlüyün sözlərinə görə, kazino orada 2017-ci ildən fəaliyyətdədir.

Qırğızıstan 2012-ci ilin əvvəlindən kazinoları qadağan edib. Ancaq millət vəkilləri ölkə boyunca çoxsaylı kazinoların qanunsuz işlədiyini bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG