Keçid linkləri

Təcili xəbərlər
2019, 17 İyul, çərşənbə, Bakı vaxtı 22:32

İsveç Assange-la bağlı təhqiqatı bərpa edir


Julian Assange

İsveçdə prokuror Wikileaks saytının qurucusu Julian Assange-a qarşı zorlama iddiaları üzrə ilkin təhqiqatı bərpa etməyə qərar verib.

Prokuror deyib ki, Assange ötən ay Londondakı Ekvador səfirliyindən çıxarılandan sonra şərait dəyişib və Assange dindirilmək üçün İsveçə ekstradisiya oluna bilər.

***

Bu gün – mayın 13-də İsveç prokurorları Wikileaks saytının qurucusu Julian Assange-a qarşı zorlama iddiası üzrə təhqiqatı yenidən açıb-açmamaqla bağlı qərarlarını açıqlayacaqlar.

Bu təhqiqat 2017-ci ildə dayandırılmışdı.

2010-cu ildə İsveçə səfər zamanı Assange tərəfindən zorlandığını iddia edən qadının vəkili ötən ay təhqiqatın yenidən açılması ilə bağlı vəsatət qaldırıb.

Assange iddianı rədd etmiş, cinsi əlaqənin razılıq əsasında baş tutduğunu söyləmişdi.

47 yaşlı jurnalist 2012-ci ildə Ekvadorun Londondakı səfirliyinə sığınıb. O, İsveçə ekstradisiyadan yayınmaqdan ötrü zaminlik şərtlərini pozmuş, məhkəməyə getməmişdi.

Aprelin 11-də o, səfirlikdən çıxarılıb. Britaniya məhkəməsi zaminlik şərtlərini pozduğuna görə ona 50 həftəlik həbs cəzası kəsib.

Avstraliya doğumlu Assange Birləşmiş Ştatlarda da axtarılır. Ona 2010-cu ildə məxfi hərbi və diplomatik materialın yayılmasında iddia olunan rolundan dolayı ittiham irəli sürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG