Keçid linkləri

Təcili xəbərlər
2019, 23 Avqust, Cümə, Bakı vaxtı 04:01

Litvada prezident ikinci turda seçiləcək


Litvada seçki, 12 may, 2019-cu il

Litvada prezident seçkisinin ikinci turu keçiriləcək.

Mayın 12-də keçirilmiş seçkinin ilkin nəticələrinə görə, tanınmış iqtisadçı, keçmiş maliyyə naziri Gitanas Nauseda digər namizədlərdən daha çox səs toplayıb. Onun səslərin 31,2 faizini yığdığı bildirilir.

Deputat, keçmiş maliyyə naziri Ingrida Simonyte isə 27,2 faiz səs yığıb.

Hazırkı prezident Dali Grybauskaite-ni ali postda əvəzləməyə 9 namizəd iddia edirdi.

Namizədlərdən heç biri 50 faizdən çox səs yığa bilmədiyi üçün mayın 26-da seçkinin ikinci turu olmalıdır.

Grybauskaite 2009-cu ildən prezidentdir. O, 2 dəfədən artıq bu postda qala bilməz.

Rusiyayla həmsərhəd olan Litva həm Avropa İttifaqının, həm də NATO-nun üzvüdür.

Grybauskaite Rusiya Prezidenti Vladimir Putini sərt tənqid etməsilə tanınıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG