Keçid linkləri

Təcili xəbərlər
2019, 21 Avqust, çərşənbə, Bakı vaxtı 02:19

AXCP fәalı: “Statusumu sildirib buraxdılar”


Azərbaycan Xalq Cəbhəsi Partiyasının bayrağı

“Popkorn aksiyası haqqında sosial şәbәkәdә yazdığım statusu sildirib buraxdılar”

Bunu AzadlıqRadiosuna bu gün mayın 11-i axşam saatlarında Azәrbaycan Xalq Cәbhәsi Partiyasının (AXCP) üzvü Nicat Abdullazadə deyib.

“Sәbail Rayon Polis İdarәsinә aparılmışdım. Orada mәndәn popkorn aksiyasını, yәni yeraltı keçiddә popkornu hansı mәqsәdlә satmaq istәdiyimi soruşdular. Bildirdim ki, oradan qovulmuş uşağa popkornun satışından aldığım pulla kömәk etmək istәyirәm. Mәnә bildirdilәr ki, uşaq işlә tәmin olunub. Bundan sonra statusumu sildirib buraxdılar”.

Nicat Abdullazadənin bu dediklərinə, hələlik, Sәbail Rayon Polis İdarәsindən münasibət almaq mümkün olmayıb.

--

“Mayın 11-də saat təqribən 15 radələrində Azәrbaycan Xalq Cәbhәsi Partiyasının (AXCP) üzvü Nicat Abdullazadə saxlanıb”.

Bu barәdә AzadlıqRadiosuna AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyn mәlumat verib.

İ.Hüseynin sözlәrinә görә, N Abdullazadə zәng vuraraq bildirib ki, evinә Binәqәdi rayon polisindən gәlib onu aparıblar. “İndi mobil telefonuna zәng çatmır”.

İlham Hüseyn N. Abdullazadənin saxlanmasını bir neçә gün әvvәl Azneft meydanının yaxınlığında yeraltı keçiddә popkorn satan oğlanın deputat Rasim Musabəyovun onunla bağlı facebookda yazdığı statusdan sonra oradan çıxarılmasına etirazı ilə izah edib.

“Nicat Abdullazadə balaca uşağa dəstək üçün popkorn satmağa gedirdi. Cənablar, niyə qıcıqlandınız?”,deyə İlham Hüseyn sual edib.

Amma Binəqdi Rayon Polisindən Nicat Abdullazadənin saxlanması ilə bağlı deyilənləri təsdiq etməyiblər. Bu ziddiyyətli açıqlamlara, hələlik, Daxili İşlər Nazirliyindən də münasibət almaq mümkün olmayıb

AXCP-dən verilən məlumata görə, bu ilin əvvəlindən onların 60-dan çox fəalı saxlanaraq inzibati qaydada 10 gündən 30 günə kimi həbs cəzası alıblar.N.Abdullazadənin özü də bir neçə dəfə saxlanıb. Onların əksəriyyəti İnzibati Xətalar Məcəlləsinə əsasən polisin qanuni tələbinə əməl etməməkdə ittiham ediliblər.

AXCP isə ittihamları əsassız sayaraq inzibati həbsləri onların fəaliyyəti ilə əlaqələndirib. Hərçənd, rəsmilər ölkədə insanların tənqidi mövqe və dinc siyasi fəaliyyətlərinə görə, təqib edilmələri ilə bağlı deyilənləri qəbul etmirlər.

Xatırlatma

Bu günlər deputat Rasim Musabəyovun sosial mediada şəhərin mərkəzindəki keçidlərdən birində popkorn satan yeniyetmə haqqında yazdığı status qınaqla, tənqidlə qarşılanıb. O, statusdan sonra həmin keçiddə popkorn satışı dayandırılıb və deputat bu haqda yenidən yazmalı olub: «Azneft Meydanı yaxınlığında yeraltı keçid popkorn qoxusundan azad oldu. Müşahidə aparıb baxarıq nə qədər müddət davam edəcək. Bu kiçik məsələ olsa da, ictimaiyyətin fəal reaksiyası onun önəmli olduğunu göstərir».

Bundan sonra kimisi deputı “ölkəmiqyaslı problemləri qoyub, xırda problemlərə diqqət çəkməkdə”, kimsi də “ yenyetmənin çörəyinə bais olmaqda” günahlandırmışdı.

Azadlıq Radiosu da deputata üz tutmuş, ondan tənqidlərə münasibət istəmişdi. Deputat isə bunları demişdi: “...Bir daha təkrar edirəm, bu, mənə xırda bir məsələ kimi göründü, buna görə harasa müraciət etməyə dəyməzdi. Gözümün qabağında görürəm ki, oradan keçəndə iy ətrafı doldurur. Bu, düzgün deyil, açıq havada satılmalıdır...”

Günün bütün mövzuları

XS
SM
MD
LG