Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:16

Vaşinqtondan Tehrana kökə və kötək yanaşması


Qətərdə ABŞ qüvvələri
Qətərdə ABŞ qüvvələri

Birləşmiş Ştatlar Tehrana münasibətdə deyəsən, kökə və kötək yanaşmasına əl atır, bir tərəfdən İranın istənilən hücumuna “dərhal və qətiyyətlə” reaksiya veriləcəyini deyir, digər tərəfdən ölkə liderlərini danışıqlar masasına çağırır.

Dövlət katibi Mike Pompeo mayın 9-da deyib ki, “bizim indiki məqamda göstərdiyimiz təmkini İran yanlış olaraq qətiyyətsizlik kimi yozmamalıdır”.

“Tehran rejimi anlamalıdır ki, onlar və proksiləri tərəfindən ABŞ-ın maraqlarına və ya vətəndaşlarına hər hansı hücuma Birləşmiş Ştatlar dərhal və qətiyyətlə cavab verəcək”, – Pompeo deyib.

“Biz müharibə istəmirik. Ancaq İranın 40 il öncə Amerika əsgərlərini öldürməsi, Amerikanın obyektlərinə hücumu və amerikalıları girov götürməsi bizə daim özümüzü qorumalı olduğumuzu xatırladır”, – Pompeo vurğulayıb. O, 1979-cu il islam inqilabı zamanı amerikalı diplomatların girov götürülməsini nəzərdə tutub.

Mike Pompeo (sağda) Britaniyanın Xarici işlər naziri Jeremy Hunt (solda) ilə
Mike Pompeo (sağda) Britaniyanın Xarici işlər naziri Jeremy Hunt (solda) ilə

Trump zəng gözləyir

Dövlət katibindən öncə isə Prezident Donald Trump Ağ evdə jurnalistlərə deyib ki, İran liderlərinin ona “zəng etməsini” istəyir.

Prezident də gərgin ab-havanı nəzərə alaraq hərbi qarşıdurmanı istisna etməyib.

***Buna da bax: Macron, Merkel və hətta Trump İranla bağlı gərginliyi azaltmağa çalışırlar

Ötən il İranla nüvə sazişindən çıxmış Birləşmiş Ştatlar mayın 8-də İranın metallurgiya sənayesinə sanksiyalar qoyub.

Vaşinqton eyni zamanda İrandan neft ixracını məhdudlaşdırmağa çalışır.

Tehrandan Pompeo və Trump-ın dediklərinə hələlik, şərh gəlməyib.

Ancaq Tehran xəbərdarlıq etmişdi ki, artıq qalmış zənginləşdirilmiş uranı və ağırlaşdırılmış suyu nüvə sazişində nəzərdə tutulduğu kimi, başqa ölkələrə satmayacaq. İran həmçinin dünya gücləri yeni şərtlər razılaşdırmazsa, 60 gün ərzində uranı silah dərəcəsinə yaxın zənginləşdirməklə hədələyib.

Britaniya, Fransa və Almaniya imzaladıqları nüvə sazişini qüvvədə saxlamağa çalışırlar. Ancaq onlar da Tehranın ballistik raket sınaqlarını davam etdirməsindən narahatlıq bildiriblər. Sənədə imza atmış Çinlə Rusiya ona sadiq qalacaqlarını deyiblər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG