Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 03:46

Azərbaycanda 400 müharibə veteranı qalıb


Müharibə veteranlarının 1-ci toplanışı (1958-ci il)
Gözlə

No media source currently available

0:00 0:01:07 0:00

Müharibə veteranlarının 1-ci toplanışı (1958-ci il)

Azərbaycanda İkinci Dünya müharibəsi iştirakçılarının sayı 400 nəfərə yaxındır.

Bu barədə bu gün, mayın 9-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumatda bildirilir.

Nazirlik qeyd edir ki, Prezident İlham Əliyevin bu il aprelin 15-də verdiyi fərmanına əsasən, onların təqaüdü artırılıb: «Aprelin 1-dən I dərəcə əlilliyi olanlar üçün 250, II dərəcə əlilliyi olanlara 230, III dərəcə əlilliyi olanlara 210 manata çatdırılıb. Həmçinin, I dərəcə əlilliyi olanlara qulluq edənlər üçün aylıq təqaüd (50 manat) təsis edilib».

Nazirlik bildirir ki, İkinci Dünya müharibəsi iştirakçılarının sayı hazırda 400 nəfərə yaxındır: «Onlardan 250 nəfəri İkinci Dünya müharibəsi əlilləridir. İkinci Dünya müharibəsinin digər iştirakçılarına prezidentin aylıq təqaüdü isə dövlət başçısının 15 aprel 2019-cu il tarixli Sərəncamı ilə 150 manata çatdırılıb».

Məlumatda bildirilir ki, prezidentin aylıq təqaüdü ilə yanaşı, İkinci Dünya müharibəsi veteranları əmək pensiyası ilə də təmin edilirlər: «Cari ilin 1 aprel tarixinə ölkəmizdə İkinci Dünya müharibəsi iştirakçılarının orta aylıq pensiyası 400 manata yaxındır».

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirir ki, bu vaxta qədər 102 nəfər İkinci Dünya müharibəsi əlili mənzillə, bu təbəqədən olan 1117 nəfər şəxs isə minik avtomobili ilə təmin olunub.

Xatırlatma

Mayın 9-u Sovet Sosialist Respublikalar İttifaqı (SSRİ) və müttəfiq dövlətlərin faşist Almaniyası üzərində qələbəsindən 74 il keçir. Hitler Almaniyasının hərbi rəhbərliyi 1945-ci il mayın 8-də təslim olmaq haqqında saziş imzalayıb.

1939-cu ildə faşist Almaniyasının Polşanı işğal etməsi ilə İkinci Dünya müharibəsi başlayıb. 1941-ci il iyunun 22-də isə Hitler Almaniyası Azərbaycanın da daxil olduğu SSRİ-yə hücum edib. Bu müharibə 1945-ci il mayın 8-də başa çatıb. İkinci Dünya müharibəsi isə tam olaraq həmin ilin sentyabrında yekunlaşıb.

1941-1945-ci illərdə Azərbaycanın 3 milyon yarım əhalisindən 600 mindən çoxu cəbhəyə gedib, onlardan təqribən yarısı döyüşlərdə həlak olub.

Multimedia

XS
SM
MD
LG