Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 11:07

Dövlət başçısı Həzi Aslanovun abidəsi önündə


'Ay pulemyot, mənim başıma çox oyun açmısan'
Gözlə

No media source currently available

0:00 0:02:22 0:00

'Ay pulemyot, mənim başıma çox oyun açmısan'

İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 74-cü ildönümü münasibətilə mayın 9-da Bakıda təntənəli mərasim keçirilib.

AZƏRTAC-ın məlumatına görə, ölkə prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Məlumatda qeyd edilir ki, Prezident İ.Əliyev iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun abidəsi önünə əklil qoyub.

Prezident İ.Əliyev və xanımı M.Əliyeva müharibə veteranları ilə xatirə şəkli də çəkdiriblər. Onlar İkinci Dünya müharibəsinin iştirakçısı, partizan, Hollandiya Müqavimət Hərəkatının nümayəndələrindən biri, Niderlandın Milli Qəhrəmanı Məmməd Məmmədovun, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun ailə üzvləri, yaxın qohumları ilə görüşüblər.

Xatırlatma

Mayın 9-u SSRİ və müttəfiq dövlətlərin faşist Almaniyası üzərində qələbəsindən 74 il keçir. Hitler Almaniyasının hərbi rəhbərliyi 1945-ci il mayın 8-də təslim olmaq haqqında saziş imzalayıb.

1939-cu ildə faşist Almaniyasının Polşanı işğal etməsi ilə İkinci Dünya müharibəsi başlayıb. 1941-ci il iyunun 22-də isə Hitler Almaniyası Azərbaycanın da daxil olduğu Sovet Sosialist Respublikalar İttifaqına (SSRİ) hücum edib. Bu müharibə 1945-ci il mayın 8-də başa çatıb. İkinci Dünya müharibəsi isə tam olaraq həmin ilin sentyabrında yekunlaşıb.

1941-1945-ci illərdə Azərbaycanın 3 milyon yarım əhalisindən 600 mindən çoxu cəbhəyə gedib, onlardan təqribən yarısı döyüşlərdə həlak olub.

Multimedia

XS
SM
MD
LG