Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:33

Pashinian: ‘O qanadları kəsərəm’


Nikol Pashinian, arxiv fotosu
Nikol Pashinian, arxiv fotosu

“Ermənistan hakimiyyətində qanad ola bilməz, olarsa, mən onları kəsərəm”, – bunu mayın 8-də Yerevanda keçirdiyi mətbuat konfransında Baş nazir Nikol Pashinian deyib. O, hakimiyyətdaxili parçalanma, hakimiyyətdə qanadların yaranması haqda medianın yazdıqlarını belə şərh edib. Medianın yazmasına görə, sözügedən hakimiyyət qanadları özəlliklə, Dövlət nəzarət xidmətinin sədri David Sanasarian-a açılmış cinayət işini əngəlləməyə çalışırlar.

Ermənistan Respublikasının hakimiyyətində, özəlliklə icra hakimiyyətində qanadlar ola bilməz, çünki Ermənistan Respublikasının hökuməti və icra hakimiyyəti vahid orqandır və bu orqana baş nazir rəhbərlik edir. Qanadlar peyda olarsa, mən onları kəsərəm, ona görə yox ki, ürəyim belə istəyir, ona görə ki, bunu qanun və dövlət idarəçiliyinin məntiqi tələb edir”, – Pashinian vurğulayıb.

Baş nazir ölkədə iğtişaşların, xaosun, saray intriqalarının mümkünlüyünü istisna edib. “Bu istisna olunur. Məsələ qanadların kəsilməsinə gedib çıxmayacaq, çünki onlar böyüməyəcək, elə yaranan kimi quruyacaq. Kimin belə bir niyyəti varsa, bəxtini sınasın”, – Pashinian deyib.

David Sanasarian
David Sanasarian

Super-baş nazir kimdir?

Sanasarian işinə gəlincə, baş nazir istintaqın qeyri-obyektiv aparılmasını istisna edir.

Mənim mənbəm təkcə Milli təhlükəsizlik xidməti deyil, qeyri-obyektiv təhqiqatı istisna edirəm. Belə bir şey ortaya çıxarsa, istintaqı qeyri-obyektiv aparanlar ciddi cəzalanarlar”, – Pashinian vurğulayıb.

***Buna da bax: Cənubi Qafqazın demokratiya röyası – Qərb mediası

Ötənilki “məxməri” inqilabın fəallarından olan, inqilabdan sonra Dövlət nəzarət xidmətinə rəis təyin olunmuş David Sanasarian-a aprelin 18-də vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı irəli sürülüb. Onun barəsində ölkədən çıxmamaq qətimkan tədbiri seçilib. Vəzifə səlahiyyətlərinə müvəqqəti xitam verilib.

Ermənistanda Serzh Sarkisian dönəmində formalaşmış super-baş nazirlik sisteminin saxlanmasına dair tənqidlərə gəlincə, Pashinian bu iddiaları rədd edib.

Gəlin super-baş nazirlik sisteminin nə demək olduğunu anlayaq. Super-baş nazirin niyə işıqforda qırmızı işıqda dayanmasını izah edə bilərsinizmi? Niyə super-baş nazir 5 mətbuat konfransı keçirir? Sizdən kiməsə hansı sualları verməklə bağlı təlimat verilibmi? Super-baş nazir o adamdır ki, deyir: ‘şəkəri – sən idxal edəcəksən, sənsə – yox, banan – sənlikdi, benzin – sənlik... mənim payım burda 50%-dir, burda isə hər şey mənimdir’... Bax, super-baş nazirlik sistemi budur”, – Pashinian vurğulayıb.

Nikol Pashinian hakimiyyətə ötən il mayın 8-də küçə etirazları nəticəsində gəlib. Bəzilərinin “məxməri inqilab” adlandırdığı etirazlar ölkənin 10 il prezidenti olmuş Serzh Sarikisian-ın yenicə təyin olunduğu baş nazir vəzifəsindən getməsinə səbəb olub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG