Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Yanvar, Cümə axşamı, Bakı vaxtı 18:59

940 dini icma qeydiyyatdan keçib


Təzəpir Məscidi

Dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan 940 dini qurum rəsmən tanınıb.

Bu barədə bu gün, mayın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində yeni qeydiyyata alınan icmalara şəhadətnamələr verilərkən bildirilib. «Konfessional baxımdan onların 907-si islam, 33-ü isə qeyri-islam təmayüllüdür», - Komitədən vurğulanıb.

Azərbaycanda dini icmaların yenidən qeydiyyatı 2009-cu ildə qəbul edilmiş yeni «Dini etiqad azadlığı haqqında» Qanundan sonra ortaya çıxıb. Həmin vaxtdan etibarən icmalar yenidən qeydiyyatdan keçirilirlər. Amma aradan təqribən 10 il keçsə də, istər islam, istərsə də qeyri-islam təmayüllü bəzi icmalar qeydiyyatdan keçə bilməyiblər. Bu da həm ölkə daxilində, həm də bir sıra beynəlxalq hesabatlarda tənqidlərə səbəb olub. Həmin tənqidlərə görə, bir sıra icmalara süni maneələr yaradılıb. Hərçənd, Komitə təmsilçiləri belə tənqidləri haqlı saymırlar.

Yeni qeydiyyatdan keçən icmaların adı açıqlanmayıb.

XS
SM
MD
LG