Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 13:55

Asia Bibi Pakistandan çıxıb


Asia Bibi-nin portreti islamçıların əlində, arxiv fotosu

Pakistanlı xristian qadın Asia Bibi Kanadaya qızlarının yanına yola düşüb. Məlumatı Pakistan rəsmiləri mayın 8-də yayıb. Bibi səkkiz il ölüm cəzasını gözləyəndən sonra bəraət almışdı. O, küfr danışmaq ittiham olunurdu.

Ötən il Ali Məhkəmənin Bibi-yə bəraət verməsi radikalların zorakı etirazlarına səbəb oldu.

Rəsmilər qadının ölkədən nə vaxt çıxdığını açıqlamayıblar. Ancaq vəkili Saif ul-Malook onun artıq Kanadaya çatdığını açıqlayıb. İki qızı həmin ölkədə sığınacaq alıb.

48 yaşlı Bibi 2010-cu ildə Puncab vilayətində ölüm cəzasına məhkum edilmişdi. Onun işlədiyi tarlada müsəlman qadınlarla mübahisə zamanı küfr danışdığı iddia olunurdu.

2014-cü ildə Lahordakı ali məhkəmə hökmü qüvvədə saxladı.

Pakistan Ali Məhkəməsi ötən ilin oktyabrında ona bəraət verəndən sonra Bibi mühafizə altında saxlanırdı.

İslamçı ekstremistlər onu öldürməklə hədələyirdilər. Onlar bəraət hökmündən sonra hökuməti devirməyə çağırırdılar.

Bibi-nin məsələsi dünyanın diqqətini Pakistanın ziddiyyətli küfranlıq qanununa yönəltdi. Bu qanun avtomatik ölüm cəzası nəzərdə tutur.

Puncabın qubernatoru Salman Taseer 2011-ci ildə Bibi-ni müdafiə edəndən, küfranlıq qanunundan sui-istifadəni tənqid edəndən sonra öldürüldü.

Pakistanın azlıqlar üzrə naziri Shahbaz Bhatti isə həmin ilin sonunda, Bibi-yə ədalət tələb edəndən sonra qətlə yetirildi.

XS
SM
MD
LG