Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 13:22

Bəzi rayonlarda dolu gözlənir


Yağış

Mayın 9-da Bakı və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, cənub-qərb küləyinin əsəcəyi, gündüz onun şimal küləyi ilə əvəzlənəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 13-16, gündüz 24-28, Bakıda gecə 14-16, gündüz 26-28 dərəcə isti proqnozlaşdırılır.

Mayın 9-da Azərbaycanın rayonlarında da bir elə yağıntı gözlənmir. Lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimalı var. Gecə 13-18, gündüz 27-32, dağlarda gecə 10-15, gündüz 16-21 dərəcə isti təxmin edilir.

Multimedia

XS
SM
MD
LG