Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 19:59

Şuşanın işğalından 27 il keçir


Bu gün, mayın 8-i Şuşa şəhərinin işğalından 27 il ötür.

Şuşa şəhərinin işğalı ilə Ermənistan silahlı birlikləri Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə nəzarəti tam ələ keçiriblər.

İşğal zamanı Şuşa şəhəri və bu rayonun 30 kəndinin dağıdıldığı bildirilir. Verilən məlumata görə, həmin hadisələr zamanı 195 dinc sakin həlak olub, 165-i yaralanıb, 58 nəfər itkin düşüb. 24 mindən çox əhalinin etnik təmizləməyə məruz qaldığı açıqlanıb.

Azərbaycanın rəsmi orqanları həmçinin bildirib ki, Şuşa rayonunun 25 məktəbi, 31 kitabxanası, 20 səhiyyə müəssisəsi, 17 klubu, 8 mədəniyyət evi, 7 uşaq bağçası, 4 kinoteatrı, 5 mədəniyyət və istirahət parkı talan edilib, yandırılıb. Bura institut və texnikum filialları da daxildir. Habelə, 2 sanatoriya, 2 mehmanxana, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şuşa Televiziyası, Şərq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası və Uşaq Sağlamlıq Məktəbi oxşar aqibətlə üzləşib.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

XS
SM
MD
LG