Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 12:50

CHP ötənilki seçkilərin nəticələrinin ləğvini istəyir


CHP tərəfdarları YSK-nın qərarına etiraz edir, 6 may, 2019-cu il
CHP tərəfdarları YSK-nın qərarına etiraz edir, 6 may, 2019-cu il

Türkiyənin ana müxalifət partiyası ölkənin ali seçki orqanını ötənilki prezident və parlament seçkilərinin, eləcə də builki 31 mart bələdiyyə seçkilərinin nəticələrini ləğv etməsini istəyir.

Cumhuriyet Halk Partisi (CHP) bu müraciətlə mayın 8-də çıxış edib. İki gün öncə Ali Seçki Komissiyası (YSK) İstanbulda müxalifətin qalib gəldiyi bələdiyyə seçkisini ləğv edərək iyunun 23-nə təkrar seçki təyin edib.

Seçicilər martın 31-də bölgə inzibatçılarını, bələdiyyə başqanlarını, bələdiyyə şuralarını və yerli şura rəsmilərini seçiblər. YSK isə yalnız İstanbul bələdiyyə başqanlığını ləğv edib.

İndi isə CHP ötən il iyunun 24-də keçirilmiş prezident və parlament seçkilərinin nəticələrinin ləğvini istəyir. Partiya bildirir ki, həmin seçkilərdə də seçki məntəqəsi rəsmiləri eyni qaydada təyin olunmuşdular.

İstanbulda bülletenlərin sayılması, 31 mart, 2019-cu il
İstanbulda bülletenlərin sayılması, 31 mart, 2019-cu il

CHP-nin seçkini udmuş, ötən ay rəsmən İstanbul bələdiyyə başqanlığına təsdiqlənmiş namizədi Ekrem İmamoğlu seçki komissiyasına hakim AKP-nin təsir göstərdiyini deyib.

***

İstanbulda təkrar seçki qərarını pisləyirlər

Avropa İttifaqı (Aİ) və blokun aparıcı üzvləri Türkiyənin ali seçki orqanının İstanbulda bələdiyyə seçkisinin təkrar keçirilməsi ilə bağlı qərarını tənqid edib.

Aİ-nin xarici siyasət rəhbəri Federica Mogherini mayın 7-də Ali Seçki Komissiyasını qərarı “yubanmadan” izah etməyə çağırıb, deyib ki, “azad, ədalətli və şəffaf seçki prosesini təmin etmək istənilən demokratiya üçün əsasdır”.

Federica Mogherini
Federica Mogherini

Fransa Türkiyə hakimiyyətini “demokratik prinsiplərə sayqı” göstərməyə çağırıb.

ABŞ Dövlət Departamenti qərarı birbaşa tənqid etməsə də, bildirib ki, şəffaf seçkili “sağlam demokratiya” Türkiyənin öz marağında olan məsələdir.

***

Erdogan İstanbulda təkrar seçki qərarını alqışlayır

Türkiyə Prezidenti Recep Tayyip Erdogan ölkənin ali seçki orqanının İstanbulda təkrar bələdiyyə seçkiləri keçirməklə bağlı qərarını alqışlayıb, bunu Türkiyə demokratiyasının “möhkəmləndirilməsi” yönündə vacib addım adlandırıb.

Martda keçirilmiş seçkini müxalif CHP-dən Ekrem İmamoğlu udmuşdu.

“Bu qərarı problemlərin demokratiya və hüquq çərçivəsində həllini hədəfləyən iradəmizin möhkəmləndirilməsi yönündə ən yaxşı addım sayırıq”, – Erdogan mayın 7-də hakim partiya üzvlərinin parlamentdəki iclasında deyib.

***Buna da bax: İstanbulda seçki nəticəsinin ləğv edilməsi kəskin tənqid olunur

Hakim AKP İstanbuldakı seçkidə “qanunsuzluqlar və korrupsiya” baş verdiyini iddia edirdi.

Recep Tayyip Erdogan
Recep Tayyip Erdogan

Almaniya qərarı tənqid edib

Ali Seçki Komissiyası (YSK) mayın 7-də seçkinin nəticələrini ləğv edərək iyunun 23-nə yeni seçki təyin edib.

AKP-nin qurumdakı təmsilçisi Recep Ozel deyib ki, bu qərar bəzi dövlət qulluqçusu olmayan seçki rəsmiləri və seçkinin imzalanmamış nəticələrinə əsasən çıxarılıb.

Ötən il İstanbul bələdiyyə başqanlığına rəsmən təsdiqlənmiş CHP-nin namizədi Ekrem İmamoğlu qərarı “xəyanətkar” adlandırıb.

İstanbulun müxtəlif yerlərində yüzlərlə sakin hökumətə qarşı şüarlar səsləndirib.

Ekrem İmamoğlu
Ekrem İmamoğlu

31 mart seçkisində AKP-nin rəhbərlik etdiyi alyans ölkə üzrə səslərin 51 faizini yığmışdı. Ancaq CHP İstanbul və paytaxt Ankarada qalib gəlib. AKP hər iki şəhərdə seçkinin nəticəsini mübahisələndirirdi.

Almaniya mayın 7-də bu qərarı anlaşılmaz, qeyri-şəffaf adlandırıb.

Almaniyanın Xarici işlər naziri Heiko Maas bəyanatında deyib ki, bələdiyyə sədrliyi ilə bağlı yalnız türkiyəli seçicilər qərar verməlidir.

“Ali Seçki Şurasının İstanbulda seçkinin nəticəsini ləğv edərək yeni seçki təyin etməsini şəffaf, anlaşılan qərar saymırıq”, – Maas deyib.

Seçki qərarından sonra türk lirəsi dollara qarşı oktyabrdan bəri ən aşağı hədd düşüb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG