Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:29

İstanbulda seçki nəticəsinin ləğv edilməsi kəskin tənqid olunur - Yenilənir


Ekrem İmamoğlu
Ekrem İmamoğlu

Türkiyənin ana müxalifət partiyası CHP-nin namizədi kimi İstanbulda keçirilən bələdiyyə seçkisinin qalibi olmuş Ekrem İmamoğlu İstanbul seçkisi nəticələrinin ləğv edilməsi qərarını pisləyib və bunu “sırf diktatorluq” adlandırıb.

O İstanbulun mərkəzinə toplanmış minlərlə tərəfdarı qarşısında etdiyi çıxışda Ali Seçki Şurasının qərarını “xəyanətkar” adlandırıb və deyib ki, mübarizəsini dayandırmayacaq:

“Onlar bizim qazandığımız seçkini bizdən almaq istəyirlər. Siz bəlkə də məyussunuz, amma ümidinizi heç vaxt itirməyin”.

Avropa Parlamentinin Türkiyə üzrə məruzəçisi Kati Piri deyib ki, bu qərar ölkədə hakimiyyətin seçki vasitəsilə dinc ötürülməsinə olan etimada son qoyub.

Reuters agentliyi İstanbulun bir çox məhəllələrindən etiraz olaraq döyəclənən qazan səslərinin gəldiyini xəbər verir.

İstanbulda seçki nəticələrinin ləğvi qərarından dərhal sonra lirənin məzənnəsi kəskin düşüb.

Reuters yazır ki, hakimiyyətin seçki qərarı investorları narahat və çaşqın duruma salıb.

Blue Bay Asset Management firmasından Timothy Ash deyib ki, qərar Türkiyənin bir demokratiya kimi imicinə ziyan vuracaq və onun iqtisadiyyatını daha da sarsıdacaq.

CHP millət vəkillərindən Mehmet Bekaroğlu Arti TV telekanlına deyib ki, AKP seçki nəticələrinin ləğv edilməsi üçün Ali Seçki Şurası üzvlərinə təzyiqlər göstərib və onları həbslə hədələyib.

CHP sədrinin müavini Onursal Adıgüzel isə Twitter-də yazıb: “AKP-yə qarşı seçkiyə girmək sərbəst, lakin bu seçkini udmaq yasaqdır. Xalq iradəsinin ayaqlar altına atıldığı, hüququn heçə sayıldığı bir nizam nə demokratik, nə də legitimdir. Bu əsl diktatorluqdur!”

AKP-nin seçkini uduzduğu başqa bir böyük şəhərdə - paytaxt Ankarada polis Ali Seçki Şurasının girişində keşik çəkir.

Bu arada sosial mediada Türkiyənin tanınmış simaları – yazarlar, sənətçilər, siyasətçilər və jurnalistlər CHP-yə və onun namizədi Ekrem İmamoğluna dəstək bildirir, hökuməti ən sərt ifadələrlə tənqid edirlər. Ölkənin tanınmış komediyaçılarından İbrahim Büyükak isə dəstək olaraq Mustafa Kemal Atatürkün deyimlərindən birini tvit edib:

***

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, mayın 6-da Türkiyənin hakimiyyət orqanları İstanbulda bələdiyyə seçkisinin nəticələrini ləğv edib və iyun ayında ölkənin ən böyük şəhərində təkrar seçkiyə qərar verilib.

Son xəbərlərdə deyilir ki, Türkiyə Ali Seçki Şurası prezident Recep Tayyip Erdoğanın hakim Ədalət və İnkişaf Partiyasının şikayəti əsasında 7 səs leyhinə, 4 səs əleyhinə olmaqla müxalifət namizədi Ekrem İmamoğluna qələbə gətirmiş nəticələri ləğv edib.

Müxalif Cümhuriyyət xalq Partiyası – CHP-nin namizədi olan Ekrem İmamoğluna ötən ay İstanbul bələdiyyə rəisinin mandatı verilmişdi.

Lakin hakim AKP seçkilərin saxtalaşdırıldığı və hətta seçki cinayəti törədildiyinə dair çoxsaylı şikayətlər vermişdi.

İmamoğlunun qələbəsindən əvvəl son 25 ildə İstanbul bələdiyyəsinə hakim AKP nəzarət edirdi.

Ali Seçki Şurasının son qərarı AKP-ni yeni uğurlara həvəsləndirib. Türkiyə mediasının yazdığına görə partiya rəsmiləri “Ankarada da ədalətin bərpa olunacağına” ümid edirlər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG