Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 20:39

Taliban təhlükəsizlik məntəqələrinə hücum edib


Əfqanıstan, arxiv fotosu

Əfqanıstanın şimal-şərqindəki Taxar vilayətində Taliban yaraqlıları təhlükəsizlik məntəqələrinə hücum edərək səkkiz təhlükəsizlik əməkdaşını öldürüb.

Vilayət şurasının sədri Wafiullah Rahmani mayın 7-də deyib ki, üç əsgər və beş polis əməkdaşı bir gün öncə Xvaca Bahaudin bölgəsində qətlə yetirilib.

Taliban hücuma görə məsuliyyəti üzərinə götürüb.

Yaralılar demək olar, hər gün Əfqanıstanın təhlükəsizlik qüvvələrinə hücumlar təşkil edir.

Ölkənin qərbindəki Farah vilayət şurasının üzvü Dadullah Qaneh isə koalisiya qüvvələrinin mayın 5-də Talibanın idarəçiliyində olan heroin laboratoriyalarına raket zərbələri endirdiyini, 15 nəfəri öldürdüyünü bildirib.

Qaneh ölənlərin hamısının orada çalışanlar olduğunu vurğulayıb.

XS
SM
MD
LG