Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Sentyabr, çərşənbə, Bakı vaxtı 18:58

Prezident yol və xəstəxana açılışında


Qobustan Rayon Mərkəzi Xəstəxanası

Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 7-də Qobustan Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak ediblər.

Səhiyyə naziri Oqtay Şirəliyev görülən işlər barədə dövlət başçısına məlumat verib.

Qeyd edilib ki, 90 çarpayılıq Qobustan Rayon Mərkəzi Xəstəxanasının ümumi ərazisi 2.6 hektardan çoxdur. Vurğulanıb ki, xəstəxanada əsasən Yaponiya, Cənubi Koreya, İtaliya və Türkiyədən alınan müasir tibbi avadanlıq quraşdırılıb. Hazırda xəstəxanada 26 həkim və 51 orta tibb işçisinin çalışdığı qeyd edilib.

Prezident və xanımı Qobustan-Poladlı avtomobil yolunun açılışında da iştirak ediblər. Həmin mərasimdə də bildirilib ki, 5 min nəfərin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Qobustan-Poladlı avtomobil yolunun tikintisinə 2018-ci ildən başlanıb. Verilən məlumata görə, bu zaman Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 6.4 milyon manat vəsait ayrılıb. İki hərəkət zolaqlı yolun ümumi uzunluğu 14.5 kilometr, hərəkət hissəsinin eni isə 6 metrdir.

Prezident mayın 7-də Qobustana səfəri çərçivəsində «Azərxalça» Açıq Səhmdar Cəmiyyətinin (ASC) yerli filialının açılışına da qatılıb. «Azərxalça» ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov bildirib ki, orada 150 toxucu və 14 inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulub.

Müəssisə ilə tanışlıqdan sonra Prezident İ.Əliyev və xanımı M.Əliyeva xalçaçılarla görüşüblər.

Prezident Qobustan rayonuna gedib

Bu gün, mayın 7-də Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Qobustan rayonuna səfər edib.

Bu barədə AZƏRTAC-ın yaydığı məlumatda bildirilir.

Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov görülən işlər barədə dövlət başçısına məlumat verib.

Prezident İ.Əliyev ona lazımı tapşırıqlarını söyləyib.

Multimedia

XS
SM
MD
LG