Keçid linkləri

Təcili xəbərlər
2021, 25 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 18:16

Rusiya ABŞ-ın Maduronu devirməyi hədəfləyən addımlarını ‘pisləyir’


Sergei Lavrov

Rusiyanın Xarici işlər naziri Sergei Lavrov Birləşmiş Ştatların Venesuela Prezidenti Nicolas Maduronu devirməyə yönəlik “məsuliyyətsiz planları”nı pisləyib.

Mayın 5-də Moskvada venesuelalı həmkarı Jorge Arreaza ilə görüşündə Lavrov Birləşmiş Ştatları “Venesuelanın legitim hakimiyyətini” devirmək üçün “görünməmiş kampaniya”ya rəhbərlik etməkdə suçlayıb.

“Bu kampaniyanı pisləyirik. Ölkələrinin gələcəyini venesuelalılar həll etməlidir və bundan ötrü bütün siyasi qüvvələr arasında inklüziv dialoq aparılmalıdır. Karakasdakı zorakı çevriliş cəhdinin demokratik proseslər heç bir əlaqəsi yoxdur və böhranın siyasi həlli perspektivərini yalnız pozur”, – Lavrov deyib.

“Amerikalıları və onları dəstəkləyənləri bu məsuliyyətsiz planlardan əl çəkməyə, yalnız beynəlxalq hüquq çərçivəsində davranmağa çağırırıq, Prezident Vladimir Putin bir neçə gün öncə ABŞ Prezidenti Donald Trump ilə telefon söhbətində də belə deyib”, – Lavrov əlavə edib.

Xatırlatma

Aprelin 30-da Venesuelada Maduro rejiminə qarşı qiyam cəhdi oldu. Etirazçılarla Maduronun tərəfdarları arasında toqquşmalarda azı 4 nəfər öldü,300-ə yaxın adamsa xəsarət alıb. Bundan başqa yüzlərlə etirazçı saxlandı.

Venesuela müxalifətinin lideri Juan Guaido isə bu günlərdə ABŞ-ın ölkədəki vəziyyətə mümkün hərbi müdaxiləsinə baxmağa hazır olduğunu deyib.

ABŞ, əksər Latın Amerikası və bir sıra Avropa Birliyi ölkələri Guaidonu Venesuelanın müvəqqəti legitim prezidenti hesab edirlər.

Rusiya, İran, Kuba və Türkiyə kimi ölkələrsə bu münaqişədə Maduronun tərəfini saxlayırlar.

Maduro ABŞ-ı bu ölkənin daxili işlərinə qarışmaqda günahlandırır.

ABŞ indiyədək Maduro rejiminə qarşı bir sıra sanksiyalar tətbiq edib.

XS
SM
MD
LG