Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:14

Guaido ABŞ-ın Venesuelaya hərbi müdaxiləsinə baxmağa hazır olduğunu deyir


Venesuala müxalifətinin lideri Juan Guaido 30 aprel, 2019
Venesuala müxalifətinin lideri Juan Guaido 30 aprel, 2019

Venesuela müxalifətinin lideri Juan Guaido ABŞ-ın ölkədəki vəziyyətə mümkün hərbi müdaxiləsinə baxmağa hazır olduğunu deyir.

Azadlıq Radiosunda olan məlumata görə, bu barədə The Washington Post yazıb.

Guaido etiraf edib ki, hərbçilər tərəfindən yetərincə dəstək olmadığından bu günlərdə, ölkədə prezidentliyini qorumağa çalışan Maduro rejimini devirmək cəhdi alınmadı.

Juan Guaido hesab edir ki, ABŞ-ın müdaxiləsi Venesueladakı böhranı həll edə bilər.

Aprelin 30-da Venesuelada Maduro rejiminə qarşı qiyam cəhdi oldu.

Etirazçılarla Maduronun tərəfdarları arasında baş verən toqquşmalarda azı 4 nəfər öldü,300-ə yaxın adamsa xəsarət alıdı. Bundan başqa yüzlərlə etirazçı saxlandı.

Maduro rejimi qiyamın yatırıldığını deyir, amma ölkədə etirazlar hələ də davam edir.

Qeyd edək ki, mxalifət lideri və parlamentin sədri Juan Guaido bu bu ilin yanvarında özünü müvəqqəti ölkə prezidenti elan edib.

O gündən bu yana ölkədə kütləvi etiraz aksiyaları keçirilir.

Qeyd edək ki, ABŞ, əksər Latın Amerikası və bir sıra Avropa Biurliyi ölkələri Guaidonu Venesuelanın müvəqqəti legitim prezidenti hesab edirlər.

Rusiya, İtan, Kuba və Türkiyə kimi ölkələrsə bu münaqişədə Maduronun tərəfini saxlayırlar.

Maduro ABŞ-ı bu ölkənin daxili işlərinə qarışmaqda günahlandırır.

ABŞ indiyədək Maduro rejiminə qarşı bir sıra sanksiyalar tətbiq edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG