Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 06:41

REAL üzvü cərimə edilib


E.Babayev

Mayın 4-də saxlanan və həmin gün məhkəməsi təxirə salınan REAL Partiyasının üzvü Emin Babayev bu gün, mayın 6-da yenidən hakim önünə çıxarılıb.

Səbayel Rayon Məhkəməsinin qərarı ilə o, 200 manat cərimə edilərək sərbəst buraxılıb.

E.Babayev İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) maddəsi ilə təqsirli sayılıb. Amma müdafiə tərəfi ittihamı qəbul etmir.

REAL üzvü özü polisdə qalmaq istəyir?

Ötən gün, mayın 4-də REAL Partiyasının üzvü Emin Babayevin saxladığı bildirilir.Partiyanın rəhbərliyindən Natiq Cəfərlinin deməsinə görə, o hələ də buraxılmayıb.

N.Cəfrlinin sözlərinə görə, Emin Babayev barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) protokol tərtib olunub və o, məhkəmə qarşısına çıxarılıb.

O, qeyd edir ki, mayın 4-ü səhər saat 11 radələrində Emin Babayevə iki nəfər yaxınlaşaraq ona polis bölməsinə getmək lazım olduğunu deyiblər: “Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölmədə onun barəsində “küçədə nalayiq ifadələrlə telefonla danışarkən polislərin qanuni tələblərinə tabe olmamasına” görə protokol tərtib ediblər”

Partuyadan bildirildiyinə görə, bölmədə ona ünvanlanmış sualların çoxu sosial şəbəkələrdə fəaliyyəti haqqında olub.

“Sonra Emin Babayevi Səbayil Rayon Məhkəməsinə apardılar. Məhkəmənin növbətçi hakimi İlkin Rüstəmli qərarın çıxarılmasını təxirə salaraq, prosesi ayın 6-na təyin etdi”.N.Cəfərli qeyd edib.

N.Cәfәrli əlavə edib ki, mәhkәmә E. Babayevi qәrarın elan olunmasına qәdәr sәrbәst buraxıb. Onun deməsinə görə, amma qeyd edilən polis bölmәsinә iltizamı imzalamağa gedәn E. Babayevi, hələlik, ordan buraxmayıblar.

N.Cəfərli vurğulayıb ki, ittihamlar həqiqəti əks etdirmir və bu E. Babayevin fəaliyyəti ilə bağlıdır.

Vəkil nə deyir?

Mayın 5-də Emin Babayevin vəkili Şəhla Hümbətova həmin polis bölməsində olub.

Bu barədə Şəhla Hümbətova AzadliqRadiosuna danışıb.

O, da təsdiq edib ki, Emin Babayevi İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə ittiham ediblər. İttihama görə, Emin Babayev küçədə gedərkən söyüş söyüb, polislər onu saxlayıb, niyə söyüş söydüyünü soruşublar, o da tabe olmayıb, sənəd göstərməyib:

“Dünən onu saat 16-radələrində Səbayil Rayon Məhkəməsinə gətiriblər. Məhkəmə saat 18.30-a qədər davam etdi, polislər dindirildi, verdiyim vəsatətlər qismən təmin edildi, yəni mən əlavə şahidin gəlməsini tələb etdim. Buna əsasən məhkəmə mayın 6-na qədər təxirə salındı, hakim dedi ki, Emin Babayev sərbəstdir, bazar ertəsi saat 10-da məhkəməyə gələr. Bu barədə Emin Babayev bildirişə imza atıb. Ancaq polis hansısa sənədə imza atmaq adı ilə yenidən bölməyə çağırıb, sonra buraxmayıb, Mayın 4-dən saat 19-00-dan qanunsuz olaraq 8-ci Polis Bölməsində saxlanılır. Halbuki, məhkəmə qərarı olmayıb və Babayev bildirişə imza ataraq sərbəst buraxılıb. Hər bir halda inzibati ittiham olunan şəxs 24 saatdan çox saxlana bilməz, bu gün saat 11-də Babayevin 24 saat saxlanması başa çatıb, amma hələ də buraxmayıblar. Mənə dedilər ki, məhkəmə olana qədər saxlanmalıdır, bəlkə məhkəmə yenə təxirə salınacaq, ona görə qanunsuzdur. Ən əsası hakim onun sərbəst olduğunu və bazar ertəsi gəlməsini deyib.Mayın 5-ibazar günü olduğundan Baş Prokurorluğa və Ombudsmana şikayət edə bilmirəm”

Deməsinə görə, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölmədə olan vəkil Şəhla Hümbətova rəislə görüşə bilməyib.Onun qeyd etməsinə görə, növbətçilər vurğulayıb ki, Emin Babayev özü bölməyə gəlib və heç kimlə görüşmək istəmir:

“Mən onlara Emin Babayevin məhkəmədə sərbəst buraxıldığını və bu barədə bildiriş imzaladığını söyləsəm də, onlar cavab verir ki, o, özü gəlib, özü burda qalmaq istəyir. Çox əcaib durum yaranıb”.

REAL Partiyası və vəkilin bu açıqlmasına, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.Amma Azərbaycanın hüquq mühafizə orqanları bir qayda olaraq insanların siyasi fəaliyyəti və tənqidi mövqeylərinə görə, basqıalara məruz qalması ilə bağlı deyilənləri əsassız sayırlar.

Multimedia

XS
SM
MD
LG