Keçid linkləri

2024, 13 Oktyabr, bazar, Bakı vaxtı 17:39

Gürcüstanda keçmiş nazirin azərbaycanlılar haqda dedikləri tənqid olunur


Irakli Okruashvili (Arxiv)
Irakli Okruashvili (Arxiv)

Gürcüstanın keçmiş daxili işlər naziri İrakli Okruaşvilinin azərbaycanlı icması haqda Facebook-da yazdıqları tənqid olunur.

Gürcüstanda bir sıra qeyri-hökumət təşkilatlarının cəmləşdiyi Bərabərlik Uğrunda Koalisiya bəyanat verərək Okruaşvilini "Gürcüstanın azərbaycanlı icmasından siyasi alət kimi yararlanmağa, icmanı sıxışdırmağa yönələn çağırışlar etməkdə" günahlandırıb.

Okruaşvili Facebook hesabında Gürcüstan-Azərbaycan sərhədində - Keşikçidağ (David Qareci) monastırı ətrafında baş verənlərə görə Azərbaycan hökumətini sərt tənqid edir. O həm də hesab edir ki, həmin mübahisədə Gürcüstanın azərbaycanlı icması yaşadıqları ölkənin mövqeyini dəstəkləməli idi, amma buna heç bir reaksiya vermədi.

Okruaşvili hesabında onu da yazıb ki, 2005-ci ildə Azərbaycanın daxili işlər naziri ilə görüşüb və ona deyib ki, əgər Azərbaycan "bəzi məsələlərdə mövqeyini dəyişməsə, Qırmızı Körpüdə 500 min qaçqın qəbul etməli olacaq".

Koalisiya bildirib ki, Okruaşvilinin Gürcüstan siyasətində mövqeyi çox zəif olsa da, onun çağırışları milli azlıqlara qarşı ayrı-seçkilik mahiyyəti daşıyır, Keşikçidağ (David Qareci) monastırı ətrafında baş verənlərə görə məsuliyyəti Gürcüstanın azərbaycanlı icmasının da üzərinə qoymağa çalışır.

Gürcustan mediasinin yazdığına görə, bu yaxınlarda bu ölkənin prezidenti Salome Zurabişvilinin David Qareci ( Kesikçıdag) monastirina səfəri zamani insident baş verib.

Bundan sonra Azərbaycan terəfindən monastırın onlara aid hissəsinə girisin baglandığı iddia edilir.

Ancaq Azərbaycan XİN-dən bu iddianı təsdiq etməyiblər.

Bugünlərdə tərəflər Gürcüstan-Azərbaycan sərhədinin monastr kompleksindən keçən hissəsinin delimitasiyası üzrə danışıqları sürətləndirmək istəklərini bildiriblər.

Okruashvili keçmiş prezident Mixeil Saakaşvilinin komadasında müxtəlif illərdə daxili işlər, müdafiə və s. nairliklərə rəhbərlik edib, baş prokuror kimi çalışıb. Sonra istefa verərək Saakaşviliyə qarşı çıxıb.

Barəsində müxtəlif ittihamlarla cinayət işi açılıb, qiyabi olaraq 11 illik həbs cəzasına məhkum edilib. Fransada siyasi sığınacaq alıb. Özü ittihamları rədd edib.

Sonradan Gürcüstana qayıdıb.

XS
SM
MD
LG