Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:45

Azərbaycan və Gürcüstan prezidentləri David Qareci məbədi ilə bağlı razılaşdılar


-


“Hər kəs David Qareci məbədini ziyarət edə bilər”. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Gürcüstan prezidentinin mətbuat xidmətinin katibi Manana Mancqaladze deyib. O bildirib ki, bu məsələ Gürcüstan və Azərbaycan prezidentlərinin Çikaqodakı görüşündə müzakirə olunub:

- NATO sammiti çərçivəsində hər iki ölkə prezidentlərinin görüşü baş tutub. Görüşdə əsasən David Qareci məbədi kompleksi ətrafında mövcud olan problemə geniş yer ayrılıb.

David Qareci məbədi ilə bağlı məsələ bütünlüklə həll edilənə qədər istəyən hər kəs Azərbaycan ərazisindəki məbəd kompleksə daxil olan Udabno monastrını ziyarət edə bilər.

Razılıq əldə olunduqdan sonra prezidentin göstərişi ilə mayın 20-də hər iki ölkə sərhəd xidmətləri rəhbərlərinin görüşü keçirilib. Belə qərara gəlinib ki, məsələ tam həllini tapana qədər bütün ruhanilər, turistlər və qonaqlar David Qarecinin problem yaranan hissəsinə ziyarətə gedə bilərlər.

M. Mancqaladzenin sözlərinə görə, bu razılaşma mayın 21-dən qüvvəyə minib və bir çox insan bu imkandan istifadə edib: “Biz ümid edirik ki, sərhədlərin demarkasiyası ilə bağlı bütün məsələlər sakit, kollegial və dostluq şəraitində azərbaycanlı dostlarımızla birlikdə həll olunacaq”.

Bu məbədin bir hissəsinin Azərbaycan ərazisinə düşməsinə görə gürcü zəvvarlar oranı ziyarət etmək üçün dövlət sərhədini keçməli olurdular. İndiki dövlət sərhədi isə SSRİ-dən qalma xəritə əsasında müəyyən edilib. Azərbaycanla Gürcüstan arasında sərhədlərin dəqiqləşdirilməsi prosesi hələ tam həllini tapmayıb.
XS
SM
MD
LG