Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Sentyabr, çərşənbə, Bakı vaxtı 06:53

Mandelanın çəkdiyi rəsm 112 min dollara satılıb


Nelson Mandela-nın portreti

Cənubi Afrikanın mərhum prezidenti Nelson Mandelanın 18 il saxlandığı həbsxana hücrəsini təsvir etdiyi əsəri Nyu Yorkda hərracda 112 min 575 dollara satılıb.

Kamera qapısı, Robben adası” adlı əsərin satışı mayın 2-də gerçəkləşib. Mandela əsəri 2002-ci ildə tamamlayıb. Əsər ilkin olaraq 60 min-90 min dollar arası dəyərləndirilirdi.

Əlvan karandaşla çəkilmiş rəsmdə kamera qapısının bir neçə barmaqlığı və qıfıl yerində açar təsvir olunub. Mandela əsəri 1999-cu ildə ölkə prezidentliyindən gedəndən sonra çəkib.

O, illərlə Keyptaun yaxınlığındakı Robben adasında həbsxanada siyasi məhbus kimi saxlanıb.

Bu əsər Mandela 2013-cü ildə vəfat edənədək çəkdiyi bir neçə əsərdəndir.

Mandela ümumilikdə 27 il həbs cəzası çəkib, aparteidə qarşı mübarizəni ruhlandırıb.

“Rəsm çəkmək ona rahatlıq gətirirdi, həm də keçmişin xatirəsi idi”, – qızı Pumla Makaziwe Mandela deyib. Sözügedən əsəri məhz o miras alıb və hərraca çıxarıb.

Onun sözlərinə görə, atası təqaüdə çıxandan sonra çox işi olmayıb və buna görə də rəsm çəkmək onun üçün özəl anlam daşıyıb.

XS
SM
MD
LG